reklam
Səhiyyə Departamentinin rəhbəri Ronaldonu qınadı -
Sportfm.az xəbər saytı

Səhiyyə Departamentinin rəhbəri Ronaldonu qınadı -Başqa vətəndaşlara nümunə olmalıdır


Portuqaliyanın Madeyra bolgəsinin hökuməti Kriştiano Ronaldonu tənqid edib.

Sportfm.az “Latestly” saytına istinadən yaydığı xəbərə görə, buna “Yuventus”u hücumçusunun karantin qaydasını pozaraq stadionda məşq etməsi səbəb olub.

Madeyranın Səhiyyə Departamentinin rəhbəri Pedro Ramos bildirib ki, karantin rejiminin tətbiq edildiyi şəhərdə futbolçunun qaydalara ziddi olaraq stadionda məşq etmək hüququ yoxdur: “Dünyanın ən yaxşı futbolçusu kimi o, başqa vətəndaşlara nümunə olmalıdır. Görünən budur ki, Ronaldo stadionda cəmi bir neçə dəqiqə məşq edib və heç kimə ziyan vurmayıb. Amma futbolçunun etdiyi qayda pozuntusunun ciddiyyətini də qəbul etməliyik. Biz hamımız etdiyimiz hərəkətin məsuliyyətini dərk etməliyik”.

Xatırladaq ki, aprelin 9-u Ronaldo Madeyranın Funşal şəhərindəki stadionda oğlu ilə məşq edib. 

 

Oxşar xəbərlər

"Mançester Yunayted" Ronaldonu rənglərinə qatmaq istəyir
Ronaldo yerində durmur - Karantin qaydalarını pozdu
"Paltardəyişmə otağında Ronaldonu çox məyus gördüm” - Luka Modriç
Ronaldo karantinə alındı - FOTO
Robert Prosineçki və Rəşad Sadıqov kimə səs verdi?

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər