reklam
Ronaldo karantinə alındı -
Sportfm.az xəbər saytı

Ronaldo karantinə alındı -FOTO


"Yuventus” futbol komandasının hücumçusu Kriştiano Ronaldo Turinə gedib. 

Sportfm.az xəbər verir ki, 35 yaşlı portuqal futbolçunun şəxsi “Gulfstream G200 Galaxy” təyyarəsi bu axşam Turində yerə enib. İndi Ronaldo iki həftə karantində olmalıdır. O, bundan sonra komanda ilə məşqlərə başlaya biləcək.

Daha əvvəl bildirilirdi ki, İspaniya hökumətinin koronavirus pandemiyası səbəbindən tətbiq etdiyi karantinə görə uçuşlara məhdudiyyət qoyulması səbəbindən futbolçunun şəxsi təyyarəsi Madriddədir və o, Madeyranı tərk edə bilmir.

Xatırladaq ki, Ronaldu insult keçirmiş anasına baş çəkmək üçün martda İtaliyanı tərk edib. Sonra oyunçu koronavirus pandemiyasına görə tətbiq edilmiş karantin səbəbindən ailəsi ilə birlikdə Madeyra adasında qalır. 

Oxşar xəbərlər

Kriştiano Ronaldo Turin şəhərini tərk edəcək - Dubayı seçdi
Ronaldo yerində durmur - Karantin qaydalarını pozdu
Kriştiano Ronaldo karantindən çıxdı
Karantində doğum günü partisi - FOTO
Ronaldo məvacibindən imtina etdi

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər