reklam
Polşalı hücumçu 1 milyon avro ayırdı -
Sportfm.az xəbər saytı

Polşalı hücumçu 1 milyon avro ayırdı -Virusla mübarizə üçün


Münhen "Bayern"inin hücumçusu Robert Levandovski koronavirusla mübarizə üçün yardım aksiyasına qoşulub.

Sportfm.az xəbər verir ki, o karateçi həyat yoldaşı Anna Levadovska ilə birlikdə pandemiya ilə mübarizəyə 1 milyon avro ayırıb. Polşalı hücumçu yardımla bağlı bu sözləri deyib:"Baş verənlərin ciddi olduğunu anlayırıq. Çətin vəziyyətdir. Artıq hər birimiz eyni komandada mübarizə aparırıq. Bu müharibədə güclü olmalıyıq. Mübarizəyə güc qatacaq hər kəsdən dəstək gözləyirik".  

Levandovskinin "Bayern"dəki komanda yoldaşları - Leon Qoretska və Jozua Kimmix "We kick Corona" adı ilə qurulan fonda 1 milyon avro bağışlayıblar. Onlarla yanaşı, "Mançester Siti"nin yarımmüdafiəçisi Leroy Sane də fonda 1 milyon avro yatırıb.

Oxşar xəbərlər

Bundesliqanın ən bahalı oyunçuları - Siyahı
Dünyanın ən varlı klubları - ilk üçlükdə 3 ingilis
Ən bahalı futbolçuların rəmzi komandası - SİYAHI
Dünyasını dəyişmiş futbol meneceri ilə çalışan oyunçular - SİYAHI
"Barselona" Arda Turana fantastik qiymət qoydu

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər