reklam
Beynəlxalq idman federasiyası yarışları dayandırdı
Sportfm.az xəbər saytı

Beynəlxalq idman federasiyası yarışları dayandırdı


Koronavirus epidemiyası səbəbindən Beynəlxalq Velosipedçilər İttifaqı (UCI) xüsusi risk qrupuna aid edilən ölkələrdə bütün növlər üzrə velosiped yarışlarının ən azı aprelin 3-dək dayandırılması barədə qərar qəbul edib.

Sportfm.az xəbər verir ki, virusun yayılmasının qarşısının alınması məqsədilə Ümumdünya Səhiyyə Təşkilatının tövsiyələri əsas götürülüb.

Bu zaman idman prinsiplərinin qorunmasına xüsusi diqqət yetiriləcək. Verilən müddət ərzində risk qrupuna aid edilməyən ölkələrdəki yarışlar zamanı qazanılacaq reytinq xalları nəzərə alınmayacaq.

Bundan başqa, UCİ Tokio-2020 Yay Olimpiya və Paralimpiya Oyunlarına lisenziya xalları verən növlər üzrə yarışların (dağ velosipedi, BMX Racing, BMX Freestyle və şose para-velosipedi) vaxtının dəyişdirilməsi və lisenziya sahibləri üçün son müddət tarixinin bir qədər geriyə çəkilməsi məqsədilə Beynəlxalq Olimpiya və Paralimpiya Komitələrinə də müraciət ünvanlayıb.

Oxşar xəbərlər

"Əziz Şuşa" beynəlxalq velosiped yarışı keçiriləcək
Paralimpiya komandamızdan rekord sayda lisenziya - Tokio-2020
Bu il beynəlxalq yarışlarda 192 medal qazanıblar
Avropa çempionatı üçün 3 mümkün tarix
İdmançılarımız ölkə reytinqinə növbəti xalları qazandırdı

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər