
Avropa çempionatı üçün 3 mümkün tarix
Avropa Velosipedçilər Birliyinin (UEC) videokonfrans formatında iclası keçirilib.
Azərbaycan Velosiped İdmanı Federasiyasının (AzVİF) Mətbuat xidmətindən Sportfm.az saytına verilən məlumata görə, toplantıda AzVİF-in I vitse-prezidenti, Avropa Velosipedçilər Birliyi Direktorlar Komitəsinin üzvü Sahib Ələkbərov da iştirak edib.
İclasda 2020-ci ilin təqvim planında yer alan şose, MTB (dağ velosipedi), BMX və trek velosipedi üzrə qitə çempionatları, həmçinin Avropa Kuboku yarışlarının təşkili məsələləri əsas müzakirə mövzularından olub.
Bildirilib ki, bir neçə gün əvvəl Beynəlxalq Velosipedçilər İttifaqı tərəfindən "Tour de France” veloturunun 29 avqust – 20 sentyabr, İsveçrədə təşkil ediləcək şose velosipedi üzrə dünya çempionatının isə 20 - 27 sentyabrda tarixlərində keçirilməsi ilə bağlı qərar qəbul edilib. 9 - 13 sentyabrda İtaliyanın qəbul etməli olduğu Avropa çempionatının yeni vaxtının müəyyənləşdirilməsi ilə bağlı təşkilatçı ölkəyə 3 müxtəlif tarix təklif edilib. Yaxın günlərdə bununla bağlı yekun qərarın veriləcəyi gözlənilir.
Tokio Yay Olimpiya Oyunlarının gələn il 23 iyul – 8 avqustda keçiriləcəyini nəzərə alsaq, 2021-ci ilin avqustunda velosiped idmanının müxtəlif növləri üzrə Belarusun paytaxtı Minskin qəbul etməli olduğu birləşmiş Avropa çempionatının vaxtının dəyişdirilməsi məsələsi də müzakirə olunub. Bildirilib ki, UEC Direktorlar Komitəsi Belarus hökuməti ilə birlikdə qitə çempionatının yeni tarixinin müəyyənləşdirilməsi istiqamətində müzakirələrə başlayıb.
Biz İzləyin
REKLAM
Paylaşın
DİGƏR XƏBƏRLƏR
Xəbər lenti
"Qarabağ" Almaniya klubu ilə oyunda bərabərə qaldı - Yoxlama oyunu 29.06.2022, 16:25
PSJ-nin yeni forması – FOTO 29.06.2022, 16:20
"Neftçi"dən "Turan Tovuz"a - RƏSMİ 29.06.2022, 15:48
Azərbaycan millisi Andorraya qarşı - Avropa çempionatı 29.06.2022, 13:32
“Neftçi” Türkiyəyə yollanır - 3 yoxlama görüşü keçirəcək 29.06.2022, 13:04
Bələdiyyə sədri ziyafət verdi - FOTOLAR 29.06.2022, 12:35
"Turan Tovuz" sabiq oyunçusunu icarəyə götürdü - 1 illik müqavilə 29.06.2022, 12:22
"Qarabağ" Avstriyada iki oyuna çıxır - Yoxlama görüşü 29.06.2022, 11:20
"Zirə"nin Türkiyədə ilk matçına çıxır - Yoxlama görüşü 29.06.2022, 10:42

№ | Komanda | o | x |
1 | Qarabağ | 0 | 0 |
2 | Neftçi | 0 | 0 |
3 | Zirə | 0 | 0 |
4 | Qəbələ | 0 | 0 |
5 | Sabah | 0 | 0 |
6 | Şamaxı | 0 | 0 |
7 | Sumqayıt | 0 | 0 |
8 | Səbail | 0 | 0 |
9 | Kəpəz | 0 | 0 |
10 | Turan | 0 | 0 |
№ | Komanda | o | x |
1 | Araz-Naxçıvan | 13 | 37 |
2 | EKOL | 13 | 30 |
3 | Neftçi İK | 13 | 25 |
4 | Baku Fire | 13 | 22 |
5 | Record club.az | 13 | 12 |
6 | Alyans | 13 | 12 |
7 | U-19 | 13 | 9 |
8 | Xilə | 13 | 6 |
№ | Komanda | o | x |
1 | Qaradağ Lökbatan | 24 | 55 |
2 | Şamaxı-2 | 24 | 44 |
3 | Qarabağ-2 | 24 | 42 |
4 | Sabah-2 | 24 | 39 |
5 | Neftçi-2 | 24 | 38 |
6 | MOİK | 24 | 36 |
7 | Kəpəz | 24 | 36 |
8 | Zaqatala | 24 | 33 |
9 | Qəbələ-2 | 24 | 33 |
10 | Turan Tovuz | 24 | 33 |
11 | Sumqayıt-2 | 24 | 20 |
12 | Səbail-2 | 24 | 15 |
13 | Zirə-2 | 24 | 12 |