İdmançılarımız ölkə reytinqinə növbəti xalları qazandırdı
Ukraynanın paytaxtı Kiyevdə Beynəlxalq Velosipedçilər İttifaqının 1.2 kateqoriyalı “Horizon Park Classic” yarışı keçirilib.
Sportfm.az xəbər verir ki, birgünlük veloturda Azərbaycanın Elit yığmasının 2 üzvü - Elçin Əsədov və Samir Cəbrayılov mübarizə aparıb. Müvafiq olaraq Ukraynanın “Lviv” və Belarusun “Minsk” kontinental klublarının velosipedçiləri Azərbaycanın reytinqinə 2020-ci il Tokio Yay Olimpiya Oyunları üçün hərəyə 3 lisenziya xalı qazandırıblar.
Əsədov yarışı 8-ci, Cəbrayılov isə 10-cu pillədə başa vurub.
Qeyd edək ki, Beynəlxalq Velosipedçilər İttifaqının reqlamentinə əsasən, olimpiadaya lisenziya xalları verən yarışlar 2019-cu il oktyabrın 22-dək davam edəcək. Azərbaycan indiyədək velosiped idmanında "Tokio-2020"yə 49 lisenziya xalı qazanıb.
Oxşar xəbərlər
Velosipedçimiz “Tour of Peninsular” turunda liderdir
Azərbaycanın "Tokio-2020"yə qazandığı lisenziya xalı 43-ə yüksəldi
Azərbaycanlı idmançı ölkə reytinqinə xal qazandırdı
Millinin üzvü Ukrayna klubu ilə müqavilə bağladı
Velosipedçimiz Portuqaliyada 3-cü oldu
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
"Kəpəz" Azərbaycan millisi ilə bərabərə qaldı - Yoxlama oyunu
-
"Maradona, Platini, Ziko kimi böyük futbolçu olmaq istəyirdik" - "Qızıl 76-lar"dan biri
-
“Neftçi” Litva klubu qarşılaşacaq - Yoldaşlıq görüşü
-
Günün canlı yayımlanacaq qarşılaşmaları - TV AFİŞA
-
"Spartak" Bakıya gəlir - Yoldaşlıq görüşü üçün
-
Almaniya Serbiyanı, Portuqaliya Danimarkanı məğlub etdi














Misli Premyer Liqası