Futbolun işiğını söndürən koronavirus -YAZI
Koronavirus pandemiyası rəsmi olaraq futbolun işığını söndürdü. Öndə gedən ölkə çempionatlarının fəaliyyətinə bir aylıq fasilə, Çempionlar Liqasının pley-off mərhələsinin təxirə salınması, və s. Söz yöx ki, bütün boşluqların əks-təsirini, müxtəlif klublarda, müxtəlif şəkildə görəcəyik. Kimisi bu fasilədən faydalanıb dahada güclənəcək, kimisi fasilədə digər qayğıları ilə maşğul olacaq, digərlərində isə ənənvi olmayan fasilədə oyun praktikası azlığına və qrafikdən geri qaldığına görə eniş müşahidə olunacaq.
İngiltərə premyer liqasıda öz növbəsində oyunları təxirə salmaq qərarına gəldi, digər liqalardan fərqli olaraq "naz edərək" gəldi. Hətta demək olar ki, bir qədər məcburiyyət oldu. Premyer Liqa matçları yalnız ciddi şəkildə ardıcıl iki yoluxmadan sonra ləğv edildi. Üstəlik, stadionlara rəsmi qadağa qoyulmasından bir gün əvvəl, bilet satışlarıda var idi.
PL-rəhbərliyi və İngiltərə futbol assosiyasiyası rəsmiləri arasında müxtəlif fikir ayrılıqları oldu. Futbolla maraqlanmayan kütlə, PL-nın qəti qərar qəbul etmək mövzusunda "nala mıxa vurduğuna" görə onları qınamağa başladı. Britaniya hakimiyyəti, oxşar yarışların təxirə salınması ilə bağlı çıxışlar etdi.
Britaniyanın baş naziri Boris Conson:
"Böyük ictimai tədbirlərin, xüsusən idman yarışlarının qadağan edilməsinin mümkünlüyünü nəzərdən keçirdik".
Bir sözlə nəhayət ki, ictimaiyyət PL-nın üstünə gəlməmiş bütün tədbirlər görüldü. Əslində, PL mövcud vəziyyətin ciddiliyini anlayırdı amma onları bu fikirdən daşındırmağa vadar edən bir neçə faktor var idi.
Hər bir tanınmış çempionatda olduğu kimi PL-da öz növbəsində yayımlardan yüksək məbləğdə vəsait əldə edir. Nəzərə alsaq ki, dünyada ən çox baxılan və yayımlarını ən baha satan turnir PL-dır deməli bu cür yanaşmanın səbəbi qaranlıq qalmamalıdır.
Bir neçə klub (quyruğu qapı arasında qalan klublar), mövsümün ümumiyyətlə dayandırılması və ya ləğvi təklifinə müsbət rəy bildirib və razı olacaqlarını bildiriblər.
Televiziya ilə müqavilələrə əsasən - Sky Sports və BT Sport - mövsümdə keçirilməmiş görüşlər vaxtından əvvəl bitərsə böyük cərimələr tətbiq edəcəklər. Bir yayım üçün İngiltərə çempionatının "patronları" 10 milyon avro qazanır və mövsümün qalan 91 matçı üçün nə qədər alacağını hesablamaq asandır - 910 milyon avro.
"Təxirəsalınma bir yana, amma yarışın potensial ləğvi daha böyük itkiyə səbəb olacaq. Yəqin ki, sığortalanan məbləğ bir milyard avrodan çox olacaq" - deyə "The Telegraph" agentliyinin müxbiri fikir bildirib.
Həm milli, həm də beynəlxalq səviyyəli telekanalların müqaviləsinə əsasən ümumi məbləğ 10,36 milyard avrodur və mövsüm yarımçıq başa çatsa, bu məbləğ mütləq turnir təşkilatçılarına qalacaqdır. Buna görə də, istənilən şəraitdə oyun keçirmək üçün bu qədər mübarizə aparırdılar.
ABŞ telekanalı olan "NBC sport" PL ilə 6 illik və 890 mln avroluq müqavilə bağlayıb. Birləşmiş ştatlarda PL-ya olan maraq sürətlə artmaqdadır. Mövsüm dayandırılsa nələrin baş verəcəyini düşünmək istəmirəm.
İngilislər meydanda günəbaxan tumu çırtlamır, onlar futbola baxa-baxa "yeyib içən" adamlardır. Ötən mövsüm stadionlarda futbol atributikası, spirtli və spirtsiz içki, yemək və şirniyyat satışından 810 mln. avro gəlir əldə olunmuşdur. (Sözsüz ki, bu mətbuata verilən rəsmi və yanlış xəbərdir, əslinda daha çox olmuşdur)
Hindistanda futbol oynaya bilmirlər amma PL-nı onlar elə ingilislər qədər sevir. Oyunların yayımı hesabına, klubların atributikası (forma, papaq, geyim dəsti və s.) satışının 15-20%-i hindistandadır. Hindistanda təkcə MY və Liverpul kimi top klublara deyil Nyukasl, Everton, Blekbern, Lids, Aston Villa, Vest hem və s. tarixi klublarada yüksək fanatlıq var. "Çox qəbiləli" ölkədə (Hindistanda) telekanallarının müqaviləsi və müqavilədəki qiymətləri mətbuata dəqiq olaraq açıqlanmasada təxmini məbləği ABŞ ilə müqayisədə təsəvvür etmək olar.
Ölkəmizdə "İdman TV" kanalı vasitəsi ilə PL yayımlanır. Çətinliklədə olsa cari mövsümün yayım hüququnu əldə edib bizlərə öz dilimizdə təqdim edə bilmişdirlər. Təşəkkür. Bəli, dövlət telekanalıda ingilislərə bunun üçün ödəniş etmişdir və mövsümün dayandırılacağı halda bizimkilərdə bunun əvəzini tələb etməlidirlər.
Yayımlardan əlavə bu yarışın rəsmi olaraq 9 tanınmış şirkət tərəfindən sponsorluğu var - "EA Sports", "Barclays"(dünyanın ən irimiqyaslı bankı və konqlomeratlarından biri), "Coca-cola", "Budweiser", "Cadbury", "Nike", "Tag Heuer", "Panini", "Avery Dennison". Həmin adı sadalanan brendlər sponsorluq və tərəfdaşlıq hesabına həm reklam olunur həmdə məhsuldarlıqda irəli keçir, amma qarşıda oynanılmamış 9 tur var və ən pis halda onlarda konpensasiya tələbi irəli sürəcəklər.
Klublara gəlincə isə deyim ki, onlarda təlaş içindədir. Məsələn, götürək Everton klubunu. Klubun sponsor və rəsmi tərəfdaşlarının sayı 14-dür. Bunlar: Sportpesa, Umbro, USM, Carling, Megafon, Monster və s.-dir. Everton klubu mövsüm sonunda, turnir cədvəlindəki yerinə görə PL tərəfindən pul vəsaiti ilə təltif olunacaqdır və sponsorlardan bir neçəsi ayrı ayrılıqda pay sahibi olacaqdır. Evertonun halında mpvsümün davam etməsi şirkətlərə sərf edir çünki, 38-ci tura qədər klub turnir cədvəlində irəliləmək qabiliyyətinə malokdir və nə qədər yuxarıda olsa bir o qədər yüksək məbləğ əldə edəcəklər. Və yenədə ən pis halda müqavilə şərtləri pozulacaq və klublar maliyyə tərəfdən müəyyən qədər "axsayacaqlar".
Əlbəttə ki, yazılanlar baş verməyib yalnız ən pisi necə olacağını nəzərinizə çatdırdım. Nəticəni bizə yalnız zaman göstərəcəkdir. Bizə isə, virusun daha tez aradan qalxmasını arzulamaq qalır.
Çempionatlar hələki təzəlikcə dayandırılıb. İlin bu ayında futbolsuzluğun havası hələ bizlərə (futbolsevərlərə) dəyməyib, oyunların ənənəvi olaraq keçirilməsinin nə qədər vacib olmasını hiss edəcəyik.
Materialda, "The Telegraph" və "Eurosport"-dan olan məlumatlardan qaynaqlandım.
Növbəti yazımda, PL-da top klubların fasiləyə qədərki, çıxışları və hazırki vəziyyətləri barədə analiz aparacağıq.
Emin Şəmsiyev
Oxşar xəbərlər
AVRO-2020-nin yayım hüququ dövlət büdcəsi hesabına alındı
Mövsüm ləğv edildi
Azərbaycan çempionatının oyunları təxirə salındı
Ən çox gəlir əldə edən klubların adları açıqlandı
Premyer Liqanı tərk edərək, 100 milyona yaxın gəlir əldə etdilər
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin














Misli Premyer Liqası