Azərbaycan çempionatının oyunları təxirə salındı
AFFA-nın təşkilatçılığı ilə keçirilən liqalarla bağlı yeni qərar verilib.
Sportfm.az xəbər verir ki, U-9, U-10, U-11, U-12, U-13, U-14, U-15, U-16, U-17 və Gənclər liqalarının, U-11, U-13, U-16 və Yüksək qızlar liqalarının, "Coca-Cola Məktəbli kuboku"nun, həmçinin Region Liqası turnirinin oyunlarının təxirə salınması müddəti 2020-ci il martın 27-dək uzadılıb. Daha əvvəl liqaların oyunlarının təxirə salınması martın 10-a qədər nəzərdə tutulmuşdu. Məktəblərdə dərslər də həmin tarixə qədər dayandırılıb.
Qeyd edək ki, buna koronavirus infeksiyasının Azərbaycan ərazisində yarada biləcəyi təhlükənin qarşısının alınması məqsədilə təxirəsalınmaz tədbirlərin davam etdirilməsi səbəb olub.
Oxşar xəbərlər
AFFA liqaların bərpa vaxtını yenidən uzatdı
AFFA qərar verdi - Liqaların başlama vaxtı dəyişdirildi
Liqaların bərpa vaxtı uzadıldı
Azərbaycan çempionatı təxirə salındı
AFFA-dan açıqlama – Liqalar təxirə salındı
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin















Misli Premyer Liqası