Ən çox gəlir əldə edən klubların adları açıqlandı
Avropanın 710 yüksək səviyyəli futbol klubu 2017-ci ildə 20.11 milyard avro gəlir əldə edib.
Sportfm.az xəbər verir ki, bu barədə UEFA-nın hesabatında qeyd olunub. Rəsmi sənəddə bildirilir ki, 2017-ci ildə ümumi gəlir 1.6 milyar avrodan çox artıb. "Top-30" klubun qazancı isə 7 faiz artaraq 9.7 milyard avroya çatıb.
İngiltərənin "Mançester Yunayted" klubunun gəliri 2016-cı ilə nisbətən 13 milyon avro aşağı düşüb. Buna baxmayaraq, İngiltərə təmsilçisi 676 milyon avro qazancla ilk pillədə qərarlaşıb. İkinci sırada Mançester təmsilçisindən 1 milyon avro az gəlir əldə edən İspaniya "Real Madrid"i qərarlaşıb.
Növbəti sıralarda isə gəlirləri 400 milyondan çox olan "Barselona" (İspaniya), "Bavariya" (Almaniya), "Mançesater Siti" (İngiltərə), PSJ (Fransa), "Arsenal", "Liverpul", "Çelsi" (hamısı İngiltərə) və "Yuventus" (İtaliya) yer alıb.
İngiltərə Premyer Liqası klublarının 5.3 milyard avroluq qazancı toplam gəlirin 1/4-ni təşkil edir. İspaniya La Liqasının klubları 2.9 milyard avro, Almaniya Bundesliqasının komandaları 2.8 milyon avro, İtaliya A Seriyasının təmsilçiləri 2.2 milyard avro, Fransa çempionatının klubları isə 1.6 milyon avro gəlir əldə ediblər.
Oxşar xəbərlər
Dünyanın ən varlı klubları - ilk üçlükdə 3 ingilis
Dünyanın ən bahalı futbol brendləri - SİYAHI
Futbolçu satışından ən çox qazanan klub müəyyənləşdi - SİYAHI
10 ildə transferə ən çox pul xərcləyən klublar - SİYAHI
Son mövsümdə ən çox gəlir əldə edən klub hansıdır?
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Bu gün Budapeştdə final günü - Çempionlar Liqası
-
Azər Bağırov "Kəpəz"də qaldı, köməkçiləri dəyişir - ÖZƏL
-
Azərbaycan millisi Fransaya qarşı - Avropa çempionatı
-
Günün canlı yayımlanacaq qarşılaşmaları - TV AFİŞA
-
Tarixlərində ilk titulu qazana bilərlər - Çempionlar Liqası
-
Anlaşma baş tutmadı - Azər Bağırov getdi















Misli Premyer Liqası