Sportfm.az xəbər saytı
Sportfm.az xəbər saytı
Elxan Məmmədov: «Bu seçmə mərhələyə hazırlıq məqsədi ilə yanaşırıq»
Sportfm.az xəbər verir ki, AFFA-nın baş katibi Elxan Məmmədov Şimali İrlandiya ilə görüşdən sonra jurnalistlərin suallarını cavablandırıb. Baş katib Almaniya ilə baş tutacaq növbəti matçada toxunub:
- Cari seçmə mərhələyə AVRO-2020-yə hazırlıq kimi baxmaq düzgün olmazmı?
- Əslində, biz bunu edirik. Cari seçmə mərhələyə 4 il sonrakı böyük yarışa hazırlıq məqsədi ilə yanaşırıq. Belə hədəflər həmişə var. Bu da milli komandanın qrupda yüksək yerlərdən birində bitirməsidir. Ancaq 4 oyundan sonra mübarizəni daha yüksək yerlərdə bitirəcəyimiz görünür. Niyə də yox?!
- Almaniya ilə oyuna 4 ay var. Bu müddətdə yoldaşlıq görüşləri keçirmək nəzərdə tutulub?
- Minimum 1 oyun olacaq. Həmin oyun böyük ehtimalla gələn ilin fevralında baş tutacaq. Rəqibin kimliyi və oyunun harada keçiriləcəyi bəlli deyil.
Oxşar xəbərlər
Seçmə mərhələyə yekun vurulur - Avro-2024
Bu gün Avro-2024-ün seçmə mərhələsində 7 matç
Nikola Yurçeviç gedir,Elxan Məmmədov qalır - Açıqladı
"Millimizin yoldaşlıq görüşlərinin harada olmasının fərqi yoxdur" - Elxan Məmmədov
Təbriz Həsənov: “Oyunlar İrlandiyada deyil, ölkəmizdə, yaxud Kiprdə keçirilsəydi, daha yaxşı olardı"
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin















Misli Premyer Liqası