"Millimizin yoldaşlıq görüşlərinin harada olmasının fərqi yoxdur" -Elxan Məmmədov
AFFA-nın Baş katibi Elxan Məmmədov Azərbaycan milli komandasının Makedoniya ilə yoldaşlıq görüşünün neytral meydanda keçirilmə səbəbini açıqlayıb.
Sportfm.az xəbər verir ki, milli assosiasiya rəsmisi martın 27-də Türkiyənin Antalya bölgəsində təşkil olunacaq qarşılaşmanın bir növ səfər oyunu xarakteri daşıyacağını bildirib.
O deyib ki, Makedoniya yığması martın sonlarında Antalyada təlim-məşq toplanışında olacağından, Azərbaycan millisi belə fürsətdən yararlanmağı məqsədəuyğun sayıb: "Əsas odur ki, görüş səfərdə olsun. Çünki UEFA Millətlər Liqasında oyunlar arasındakı fasilə 3 günü əhatə edəcək. Buna görə də baş məşqçimizin də dediyi kimi, oyunların harada olmasının fərqi yoxdur. Makedoniya millisi martın sonlarında Antalyada təlim-məşq toplanışında olacaq. Biz də fürsətdən yararlanaraq, onlarla yoldaşlıq görüşü keçirəcəyik. Hesab edirəm ki, bu da Millətlər Liqasına hazırlıq mərhələsində milli komanda üçün bir fürsətdir".
Baş katib sentyabrda start götürəcək Millətlər Liqasınadək rəqib qismində Makedoniya ilə yanaşı, Belarus və Latviyanın seçilməsini hər 3 komandanın D Liqasında çıxış etməsi ilə əlaqələndirib: "Bu rəqiblərin seçilməsi potensial rəqibləri tanımaq məqsədi daşıyır".
Qeyd edək ki, Belarusla qarşılaşma martın 23-də Bakı Olimpiya Stadionunda, Latviya ilə görüş isə iyunun 9-da Riqadakı "Skonto" stadionunda təşkil olunacaq. (report.az)
Oxşar xəbərlər
Millimiz Şimali Makedoniya ilə bərabərə qaldı - Yoldaşlıq oyunu
Millimizin oyununda VAR sistemi tətbiq olunacaq
Yığmamızın yeni bazası məlum oldu
Azərbaycan - Makedoniya matçının vaxtı dəqiqləşdi
Kosovonun yerinə Makedoniya - Millimiz üçün rəqib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Dünya Çempionatında iştirak edəcək güləşçilərimiz - SİYAHI
-
İsrail təmsilçisi "Sabah"a rəqib oldu - Çempionlar Liqası
-
“Panatinaikos” cütün qalibi oldu - Konfrans Liqası
-
AFFA “Clear Line” layihəsinə qoşuldu
-
"Qarabağ" "Dinamo" ilə oyuna hazırdı - FOTOLAR
-
“Fənərbaxça” pley-off mərhələsində - Çempionlar Liqası














Misli Premyer Liqası