Sportfm.az xəbər saytı
Sportfm.az xəbər saytı
Təbriz Həsənov: “Oyunlar İrlandiyada deyil, ölkəmizdə, yaxud Kiprdə keçirilsəydi, daha yaxşı olardı"
19 yaşadək futbolçulardan ibarət milli komandamızın baş məşqçisi Təbriz Həsənov Avropa çempionatının ilkin seçmə mərhələsinin püşkatmasını dəyərləndirib.
Futbolxeber.az saytına açıqlamasında təcrübəli mütəxəssis Serbiya, İrlandiya və Kiprə rəqib olmalarından narazılıq etməyib: "Əslində, qrup nə o qədər çətindi, nə də asan. İrlandiya millisinin oyun tərzi çoxlarına məlumdu. Serbiya yığmasının çıxışını mayda Bakıda keçirilən Avropa çempionatında görmüşük. Yalnız Kipr haqda geniş məlumatımız yoxdu. İstənilən halda, bu qrupdan çıxmaq olar. İlk 2 yer uğrunda mübarizə apara bilərik. Əsas odur ki, aparıcı millilərlə eyni qrupda yer almadıq”.
"Demək olar ki, ilk 2 yer uğrunda İrlandiya və Serbiya ilə mübarizə aparacağıq” sualını Təbriz Həsənov belə cavablandırıb: "Kiprin zəif olduğunu deməzdim. Düzdür, favorit sayılmırlar. Amma asanlıqla təslim olacaqlarını da düşünmürəm. Bu qrupda zəif komanda yoxdu. Hər bir komandanın növbəti mərhələ şansı var”.
Yığmamızın çalışdırıcısı yeganə mənfi hal kimi oyunların İrlandiya keçirilməsini qeyd edib: "Oyunlar İrlandiyada deyil, ölkəmizdə, yaxud Kiprdə keçirilsəydi, daha yaxşı olard. Çünki oktyabr, noyabr aylarında Britaniyada havalar adətən yağışlı keçir. Bununla belə, seçmə mərhələyə ciddi hazırlaşacağıq. Qrupdakı ilk 2 yerdən birini tutmaq üçün əlimizdən gələni edəcəyik”.
Oxşar xəbərlər
Qadın yığmamızın baş məşqçisi Portuqaliyadan qorxdu: ən güclü bizə düşdü
“Azərbaycanı zəif rəqib deyil" - Ralf Ranqnik
"Ronaldo ilə mübarizə əlavə motivasiya olacaq" - Bəhlul Mustafazadə
"Bacardığımız hər şeyi edəcəyik" - Canni De Byazi
Təbriz Həsənov: "Bizim üçün həddindən artıq ağır oyun oldu"
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin