Tokio Olimpiadası baş tutacaqmı? -Koronavirus mane olur!
2019-cu ilin dekabrında Çində ortaya çıxan və sürətlə digər ölkələrə yayılmağa başlayan koronavirus epidemiyası Tokio-2020 Yay Olimpiya Oyunlarının keçirilməsinə təsir göstərməyəcək.
Sportfm.az xəbər verir ki, bu barədə Beynəlxalq Olimpiya Komitəsi (IOC) məlumat yayıb. Bildirilib ki, olimpiada təxirə salınmayacaq.
Təşkilat Komitəsi işlərin plana uyğun davam etdiyini bildirərək, yoluxucu xəstəliklərin yayılmasına qarşı görülən tədbirlərin Olimpiya Oyunlarına hazırlıqların vacib tərkib hissəsi olduğunu qeyd edib. Açıqlamada IOC-un Ümumdünya Səhiyyə Təşkilatı ilə daim təmasda olduğu, Oyunları ləğv etmək və ya təxirə salmaq üçün heç bir səbəb olmadığı vurğulanıb. Yaponiya hökuməti də hazırlıq işlərinin plan üzrə getdiyini açıqlayıb.
XXXII Yay Olimpiya Oyunlarının məşəli martın 12-də Yunanıstanda alovlandırılacaq. Ölkə ərazisində 3200 km məsafə qət edəcək məşəl 8 gün ərzində Egey dənizinin sahilində yerləşən Saloniki də daxil olmaqla, 32 şəhərdən keçəcək. Məşəlin Yunanıstan turu martın 19-da Afinada "Panatinaikos" klubunun stadionunda başa çatacaq və Oyunların keçiriləcəyi Yaponiyaya yola düşəcək.
Qeyd edək ki, iyulun 24-də start götürəcək Tokio Olimpiadası avqustun 9-da başa çatacaq.
Oxşar xəbərlər
İdmançıların 80 faizi peyvəndlənəcək - Tokio-2020
Olimpiya məşəli ictimaiyyətə təqdim olundu - Tokioda
Olimpiya məşəlinin estafeti yarımçıq qaldı
Olimpiya məşəli azarkeşsiz alovlandırıldı - FOTO
Olimpiadanın məşəli azarkeşsiz alovlandırılacaq
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
“DH Volley” komandası voleybol meydançası inşa etdi - FOTO
-
AFFA-dan maliyyə menecerləri üçün seminar
-
Azərbaycan millisi Rusiyaya rəqib oldu - UEFA İnkişaf Turniri
-
Günün canlı yayımlanacaq qarşılaşmaları - TV AFİŞA
-
Qızlarımız yenə məğlub oldu - Avropa Çempionatı
-
Hidayət Heydərov finalda uduzdu - Avropa çempionatı















Misli Premyer Liqası