reklam
Olimpiadanın məşəli azarkeşsiz alovlandırılacaq
Sportfm.az xəbər saytı

Olimpiadanın məşəli azarkeşsiz alovlandırılacaq


Yaponiyanın paytaxtı Tokioda təşkil olunacaq XXXII Yay Olimpiya Oyunlarının məşəlinin alovlandırılması və ötürülməsi mərasimi azarkeşsiz keçiriləcək.

Sportfm.az xəbər verir ki, bu barədə Yunanıstanın Milli Olimpiya Komitəsi məlumat yayıb.

Bildirilib ki, martın 12-nə nəzərdə tutulan tədbirə qeydiyyatdan keçmiş təqribən 100-dək insan qatılacaq. Mərasimə jurnalistlərin girişi də qadağan olunub. Bu addım koronavirus epidemiyasının yayılmasının qarşısını almaq üçün atılıb. 

Açıqlamada həmçinin Olimpiya məşəlinin keçəcəyi şəhərlərin merlərinə Yunanıstan Səhiyyə Nazirliyi və Milli Səhiyyə Təşkilatının göstərişlərinə əməl etmələri tövsiyə olunub.

Qeyd edək ki, Tokio-2020 Yay Olimpiya Oyunlarının məşəli Yunanıstanın tarixi Olimpiya bölgəsində alovlandırılacaq. 

Oxşar xəbərlər

Olimpiya Oyunlarının məşəli təşkilatçılara təhvil verildi - Pekin-2022
Olimpiya Oyunlarının məşəli alovlandırıldı - Pekin-2022
Olimpiya məşəlinin estafeti yarımçıq qaldı
Olimpiya məşəli azarkeşsiz alovlandırıldı - FOTO
Tokioda məşəlin alovlandırılacağı vaxt açıqlandı

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər