reklam
Olimpiya məşəli azarkeşsiz alovlandırıldı -
Sportfm.az xəbər saytı

Olimpiya məşəli azarkeşsiz alovlandırıldı -FOTO


Yaponiyanın paytaxtı Tokioda keçiriləcək XXXII Yay Olimpiya Oyunlarının məşəlinin alovlandırılması və ötürülməsi mərasimi keçirilib.

Sportfm.az xəbər verir ki, "Tokio 2020" Yay Olimpiya Oyunlarının məşəli Yunanıstanın paytaxtı Afinadakı tarixi Olimpiya bölgəsində alovlandırılıb. 

Mərasimdə Beynəlxalq Olimpiya Komitəsinin prezidenti Tomas Bax, Yunanıstanın prezidenti Prokopis Pavlopulos və digər rəsmi şəxslər iştirak edib. Tədbir ilk dəfə olaraq azarkeşsiz baş tutub. 

Yunanıstanda 3 200 km məsafə qət edəcək məşəl 8 gün ərzində Egey dənizinin sahilindəki Saloniki də daxil olmaqla, 32 şəhərdən keçəcək.

Qeyd edək ki, iyulun 24-də start götürməsi planlaşdırılan XXXII Yay Olimpiya Oyunları avqustun 9-da başa çatacaq.

Oxşar xəbərlər

Olimpiya Oyunlarının məşəli təşkilatçılara təhvil verildi - Pekin-2022
Olimpiya Oyunlarının məşəli alovlandırıldı - Pekin-2022
Olimpiya məşəlinin estafeti yarımçıq qaldı
Olimpiadanın məşəli azarkeşsiz alovlandırılacaq
Tokio Olimpiadası baş tutacaqmı? - Koronavirus mane olur!

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər