reklam
Olimpiya məşəlinin estafeti yarımçıq qaldı
Sportfm.az xəbər saytı

Olimpiya məşəlinin estafeti yarımçıq qaldı


Dünən Yunanıstanın tarixi Olimpiya bölgəsində alovlandırılan Tokio-2020 Yay Olimpiya Oyunları məşəlinin sözügedən ölkə üzrə estafeti dayandırılıb.

Sportfm.az xəbər verir ki, bu barədə Yunanıstan Milli Olimpiya Komitəsi məlumat yayıb.

Qurumdan bildirilib ki, azarkeş qadağasına baxmayaraq, insanların məşəlin alovlandırıldığı Olimpiyaya axın etməsi onları bu addımı atmağa məcbur edib. Qərarın ölkədə koronavirusun yayılmasının qarşısını almaq məqsədilə qəbul olunduğu vurğulanıb.

Olimpiya məşəli Yunanıstan ərazisində 3 200 km məsafə qət etməklə 8 gün ərzində Egey dənizinin sahilindəki Saloniki də daxil olmaqla 32 şəhərdən keçməli idi.

Bununla belə, məşəlin martın 19-da Afina stadionunda yarışın təşkilatçılarına ötürüləcəyi qeyd olunub.

Qeyd edək ki, iyulun 24-də start götürəcək Tokio Olimpiadası avqustun 9-da başa çatacaq.

Oxşar xəbərlər

Olimpiya məşəli səssiz şəkildə Yaponiyaya gətirildi - FOTO
Olimpiya məşəli azarkeşsiz alovlandırıldı - FOTO
Olimpiadanın məşəli azarkeşsiz alovlandırılacaq
Tokio Olimpiadası baş tutacaqmı? - Koronavirus mane olur!
Pxençan Qış Olimpiya Oyunlarının məşəli Seula çatıb

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər