reklam
İdmançıların 80 faizi peyvəndlənəcək -
Sportfm.az xəbər saytı

İdmançıların 80 faizi peyvəndlənəcək -Tokio-2020


Beynəlxalq Olimpiya Komitəsi (BOK) pandemiya şəraitində Yaponiya həkimlərinə dəstək olmaq üçün Tokio Yay Olimpiya Oyunlarına əlavə tibb işçiləri göndərməyə hazırdır.

Sportfm.az xəbər verir ki, bu barədə Tokio Yay Olimpiya Oyunların təşkilat komitəsinin onlayn formatda keçirilən iclasında BOK prezidenti Tomas Bax bildirib. O, Yaponiyada Olimpiada ərəfəsində keçirilən bütün test yarışlarının koronavirus infeksiyasının yayılmasına qarşı yönəlmiş lazımi təhlükəsizlik tədbirlərinin protokollarına uyğun keçirildiyini vurğulayıb. BOK rəsmisi qeyd edib ki, “Tokio-2020” Yaponiyanın inanılmaz yüksək ruhu və əzmkarlığı sayəsində baş tutacaq.

Qeyd edək ki, Tokio Yay Olimpiya və Paralimpiya Oyunları 2020-ci il iyulun 24-dən avqustun 9-dək keçirilməli idi. Lakin koronavirus pandemiyasına görə yarışlar bir il müddətinə təxirə salınıb. Olimpiya Oyunlarının 2021-ci ilin iyulun 23-dən avqustun 8-dək, Paralimpiya Oyunlarının isə avqustun 24-dən sentyabrın 5-dək keçirilməsi planlaşdırılır.

Oxşar xəbərlər

Paralimpiya Oyunları tamaşaçılarsız keçiriləcək - Tokio-2020
Olimpiya halqaları Tokio körfəzində - FOTO
Tokio Olimpiadasının xərcləri azaldılacaq - 284 milyon dollar
"Gələn il Tokio Olimpiadası keçiriləcək" - Tomas Bax
Tokio-2020 Tokio-2021 oldu! - RƏSMİ

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər