Bakıda futbol üzrə PES2020 yarışları təşkil olunacaq
Azərbaycan Kiber İdman Federasiyasının və AFFA-nın dəstəyi ilə yanvarın 25-də “Nizami e-Sports Arena”da futbol üzrə PES2020 yarışları təşkil olunacaq.
Sportfm.az AFFA-nın saytına istinadla xəbər verir ki, turnirə qatılmaq üçün yanvarın 15-dən 22-dək keçirilən qeydiyyat prosesində müraciət etmiş 814 nəfər arasından ilk 256 nəfər e-milli seçimlərdə bacarığını göstərmək şansı qazanıb.
Yanvarın 25-də isə yarışın püşkatması keçiriləcək. Turnir PES2020 qaydaları əsasında təşkil olunacaq.
İştirakçıların seçimi Olimpiya sistemi əsasında aparılacaq. Seçimlərdə ilk dörd yerin sahibi e-milli komandanın heyətini təşkil edəcək və qaliblərə AFFA tərəfindən yığmanın formaları, eləcə də “PlayStation 4” oyun konsolu təqdim olunacaq. E-milli komandamızın üzvləri ikisi əsas, ikisi ehtiyat üzv olmaqla ilk “e-Avro” ilə yanaşı, müxtəlif çempionatlarda, yoldaşlıq görüşlərində Azərbaycanı təmsil etmək şansı qazanacaqlar. Seçmə mərhələsi mart-may aylarında keçiriləcək e-Avropa çempionatında millimiz Slovakiya, Yunanıstan, Finlandiya və Norveçlə birgə D qrupunda mübarizə aparacaq. Əlli beş iştirakçı ölkə arasından 16 komanda iyulun 9-10-da final mərhələsində iştirak etmək üçün yarışacaq. Londonda baş tutacaq final mərhələsində ilk “e-Avro”nun qalibi müəyyənləşəcək.
Oxşar xəbərlər
Onlayn iclas keçiriləcək - Region Liqası
AFFA Birinci Divizion komandalarını çempionata çağırdı
Təsnifat mərhələsi oyunlarına start verilib
PES2020 üzrə Azərbaycan çempionatı keçirilib - İdman jurnalistləri arasında
e-Milli seçimlərinə start verilir
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Mustafa Kamara Azərbaycan millisində - FOTO
-
Çempion olan baş məşqçini göndərdilər, akademiyadan məşqçi gətirdilər - NONSENS
-
Günün canlı yayımlanacaq qarşılaşmaları - TV AFİŞA
-
"Sumqayıt" bombardirini yola saldı
-
Bu gün “Qəbələ” - “Mingəçevir” pley-off matçı keçiriləcək
-
"Şamaxı" onun qalmağını istəmədi - AYRILIQ














Misli Premyer Liqası