Sportfm.az xəbər saytı
Sportfm.az xəbər saytı
PES2020 üzrə Azərbaycan çempionatı keçirilib -İdman jurnalistləri arasında
İdman jurnalistləri arasında ilk dəfə PES2020 üzrə Azərbaycan çempionatı keçirilib.
Sportfm.az xəbər verir ki, Azərbaycan İdman Jurnalistləri Federasiyası (AİJF) və Azərbaycan Kiberidman Federasiyasının (AzKİF) birgə təşkil etdiyi yarış 5 mart - Bədən Tərbiyəsi və İdman gününə həsr olunub. Yarışda ayrı-ayrı KİV-dən 38 idman jurnalisti iştirak edib. Olimpiya sistemi üzrə keçirilmiş mübarizəyə təsnifat mərhələsindən başlanılıb. Beləliklə, 1/16 final cütlərinin tərkibi müəyyənləşib. Finala isə "CBC Sport"un iki əməkdaşı Məftun Rəsulzadə və İbrahim Məmmədli vəsiqə qazanıb. Rəsulzadə gərgin keçən görüşdə 4:3 hesabı ilə qalib gələrək, Azərbaycan çempionu olub.
Üçüncü yerə isə Qol.az saytından Azad Nuriyev layiq görülüb.
Qalibə "PlayStation 4", finalçıya "Nizami E-Sport Arena"dan 100 saat, 3-cü yerin sahibi isə 50 saatlıq hədiyyə kartı verilib.
Oxşar xəbərlər
"İdman birləşdirir" - Jurnalistlər arasında şahmat turniri
Azərbaycan İdman Jurnalistləri Federasiyası növbəti iclası keçirib - FOTO
Bakıda futbol üzrə PES2020 yarışları təşkil olunacaq
e-Milli seçimlərinə start verilir
Azərbaycanda İdman Jurnalistləri Federasiyası yaradılır
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin















Misli Premyer Liqası