Sportfm.az xəbər saytı
Sportfm.az xəbər saytı
Millimizin hücumçusu klubsuz qaldı
Moskva “Dinamo”su millimizin futbolçusu Ramil Şeydayevlə yolları ayırıb.
Qol.az xəbər verir ki, bu haqda klubun saytı məlumat yayıb. Tərəflər bu ilin yayına qədər olan müqaviləni ləğv ediblər. Klub Şeydayevə təşəkkürünü bildirib.
Qeyd edək ki, 23 yaşlı futbolçumuz ötən ilin yayında digər Premyer Liqa təmsilçisi "Krılya Sovetov"dan “Dinamo”ya keçmişdi. O, paytaxt təmsilçisində 9 oyun keçirib (8 Premyer Liqa, 1 kubok) və qol vura bilməyib. Buna görə tez-tez Rusiya mediasının tənqidi ilə üzləşən futbolçumuzun bu qış göndəriləcəyi haqda fikirlər səslənirdi.
Oxşar xəbərlər
Millimizin hücumçusu Rusiya klubu ilə barışdı
Ramil Şeydayev yenidən Azərbaycan Premyer Liqasında oynayacaq! - Transfer
“Dinamo” Ramilə pul ödəmək istəmir - CAS-a müraciət edəcək
Şeydayev "Dinamo"dan ayrılır?
Emin Mahmudov klubsuz qaldı
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin















Misli Premyer Liqası