reklam
AFFA klublara seminar keçirdi
Sportfm.az xəbər saytı

AFFA klublara seminar keçirdi


Bakı İqlim Həftəsi çərçivəsində AFFA-nın Təhsil və Reabilitasiya Mərkəzində Misli Premyer Liqası və 1-ci Liqa klublarının nümayəndələri üçün “Futbolda dayanıqlılıq” mövzusunda seminar keçirilib.
Sportfm.az xəbər verir ki, tədbirin əvvəlində AFFA-nın baş katibinin müavini Elçin Məmmədov klub nümayəndələrini salamlayıb. O, dayanıqlı inkişafın futbol sahəsində əhəmiyyətini vurğulayıb.

Seminarda Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətinin İqlim və Meteoroloji Tədqiqatlar Mərkəzinin direktor müavini Aygün Nərimanova, “Təmiz Şəhər” ASC-nin mətbuat katibi Orxan Cabbarlı və AYNA-nın Dövlət Proqramlarının İdarə Edilməsi Şöbəsinin müdiri Vüsal Abbasov çıxış ediblər.
Çıxışlar zamanı Azərbaycanda iqlim dəyişmələri ilə bağlı həyata keçirilən tədbirlər, ətraf mühitin qorunması, yaşıl nəqliyyat və dayanıqlı mobillik, daha təmiz və dayanıqlı gələcəyin formalaşdırılması, eləcə də futbolun ətraf mühitə təsiri barədə məlumat verilib.

Seminarın əsas məqsədi futbolun ətraf mühitə təsirinin azaldılması və klubların dayanıqlı inkişaf prinsiplərinə uyğun fəaliyyətinin təşviq olunması olub.

Oxşar xəbərlər

“Neftçi” üçün seminar keçirildi
AFFA klublara təhlükəsizlik mövzusunda seminar keçirdi
AFFA seminar keçirdi - FOTO
“Forbes” “Qarabağ”ın keçirdiyi tədbirdən yazdı
AFFA klublara təhlükəsizlik mövzusunda seminar keçirdi

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər