reklam
Messi bombardirliyə yüksəldi
Sportfm.az xəbər saytı

Messi bombardirliyə yüksəldi


"İnter Mayami" futbol klubunun argentinalı hücumçusu Lionel Messi MLS müntəzəm çempionatında "Neşvill"ə qarşı ev oyununda (2:2) növbəti qolunu vurub.

Sportfm.az xəbər verir ki, 39 yaşlı argentinalı üçün bu qol mövsümdə 19-cu, karyerasında isə 928-ci olub.

Messi "Dallas"ın oyunçusu Petar Musanı (18 qol) geridə qoyaraq çempionatın bombardirlər yarışında təkbaşına liderliyə yüksəlib.

O, MLS-dəki məhsuldar seriyasını yeddi oyuna çatdırıb. Messi bu müddət ərzində öz aktivinə yeddi qol və dörd məhsuldar ötürmə yazdırıb.

"İnter Mayami" 25 oyundan sonra 45 xalla Şərq konfransının turnir cədvəlində 2-ci yeri tutur. "Neşvill" isə 54 xalla liderlik edir.

Oxşar xəbərlər

Messi dubl etdi, “İnter Mayami” 1/4 finalda
“Qızıl buts” Messinin oldu - FOTO
Argentinalı daha bir rekorda imza atdı
38 yaşlı Messi bombardirlər sırasında
Messi qol vurdu, "İnter Mayami" bərabərə qaldı

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər