reklam
Sportfm.az xəbər saytı

"Qalatasaray" onları göndərir -SİYAHI


Türkiyə nəhəngi "Qalatasaray" yaxınlaşan qış fasiləsində komandanın heyətində əsaslı islahatlar həyata keçirməyə hazırlaşır.

Sportfm.az xəbər verir ki, İstanbul təmsilçisi bir neçə önəmli oyunçu ilə də yollarını ayırmağı düşünür.

"Sarı-qırmızılar"ın göndərilməsini planlaşdırdığı adlar arasında İlkay Gündoğan, Uilfrid Sinqo və Kaan Ayhan yer alır.

Diqqətçəkən məqamlardan biri odur ki, 35 yaşlı İlkay Gündoğan cari mövsüm ərzində sadəcə iki qarşılaşmada şans qazanıb və meydanda cəmi 11 dəqiqə qala bilib. Çempionlar Liqasının iştirak ərizəsindən kənarda qalan Kaan Ayhanın vəziyyəti isə fərqli deyil - o, bu mövsüm cəmi bir dəqiqə yaşıl meydanda olub.

Davamlı zədə problemləri ilə üzləşən Uilfrid Sinqo da mövsüm ərzində cəmi iki oyunda iştirak edərək, ümumilikdə 41 dəqiqəlik performans sərgiləyib.

Oxşar xəbərlər

Çempionlar Liqası matçına "yarımcan" vəziyyətdə - 7 itki
Gündoğan “Qalatasaray”da
Onun türk futbolçunu buraxmaq fikri yoxdu! - Müqavilə
Gündoğan karyerasını bitirdi - MİLLİDƏ
İlkay Gündoğan "Barselona"da - RƏSMİ

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər