reklam
Antonelli İspaniyada qalib oldu -
Sportfm.az xəbər saytı

Antonelli İspaniyada qalib oldu -Formula 1


“Mercedes” komandasının italiyalı pilotu Kimi Antonelli “Formula-1” üzrə 2026-cı il dünya çempionatının 14-cü mərhələsi olan İspaniya Qran Prisinin qalibi olub.

Sportfm.az xəbər verir ki, Madridin “Madring” şəhər trasında keçirilən yarışda ikinci yeri “Red Bull”un niderlandlı sürücüsü Maks Ferstappen tutub.

Üçüncü yerdə isə “Maklaren”in britaniyalı pilotu Lando Norris dayanır.

Qeyd edək ki, İspaniya Qran Prisi ilk dəfə Madriddə təşkil olunub. 1991-ci ildən bəri bu mərhələyə Barselona avtodromu ev sahibliyi edirdi.

Çempionatın növbəti mərhələsi sentyabrın 24-dən 26-dək Bakıda keçiriləcək.

Xatırladaq ki, 19 yaşlı italiyalı pilot Kimi Antonelli “Formula 1” üzrə 2026-cı il dünya çempionatının üçüncü raundunda, Yaponiya Qran-prisində də qalib gəlib.

Oxşar xəbərlər

Rassel Qran-Prinin qalibi oldu
Yaponiya Qran Prisinin qalibi bilindi - Formula 1
Lando Norris Avstriya Qran Prisinin qalibidir - Formula 1
İspaniya Qran-prisinin qalibi Ferstappen oldu - "Formula 1"
Ferstappen Kanada Qran-Prisinin qalibi oldu - Formula 1

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər