Sportfm.az xəbər saytı
Sportfm.az xəbər saytı
"Karyeramda belə penalti görməmişdim" -Kurban Berdiyev
Misli Premyer Liqasının 5-ci turu çərçivəsində "Turan Tovuuz" "Araz-Naxçıvan"la 2:2 hesablı heç-heçəyə razılaşıb.
Sportfm.az Sportal.az-a istinadən xəbər verir ki, oyundan sonra keçirilən mətbuat konfransında "Turan Tovuz"un baş məşqçisi Kurban Berdiyev matç haqda fikirlərini bildirib və jurnalistlərin suallarını cavablayıb:
"İki fərqli hissə izlədik. Birinci hissədə çox ləng oynayırdıq. Əvəzetmələrdən sonra oyunu sürətləndirdik. Hücum xəttində kim yoruldusa, onu əvəzlədim. Amma müdafiədəki oyunçulardan kiminsə zədələnəcəyini güman etməmişdim. Ümumilikdə iki xal itirdik”.
- İki xal itirməyinizdə penalti qərarı nə dərəcədə rol oynadı?
- Penalti nəticəyə təsir etdi. Amma biz 10 nəfərlə oynayırdıq. Çünki müdafiəçimiz zədələnmişdi və əvəzetmə edə bilmirdik. Penaltinin olub-olmamasına gəlincə, mən bunu müzakirə etmirəm. Amma əgər qapıçı ona fürsət verdisə, demək ki, penalti var.
- Penalti epizodunun təkrarına baxmısınız? Karyeranızda belə penalti görmüsünüz?
- Xeyr, belə hal olmayıb. Uzun vaxt keçib. Baş hakim epizodun təkrarına baxmaq üçün VAR-a gedəndə ehtimal edirdim ki, qərarını dəyişəcək. Çünki orada ayaqla toxunuş yox idi, bəlkə başa nəsə olmuşdu.
- Keçmiş köməkçinizin komandasına qarşı hazırlaşmaq çətin deyildi?
- Biz rəqibin oynadığı iki sistemi təxmini bilirdik. Hər iki sistemə uyğun məşq edib hazırlaşırdıq. Gözlənilməz heç nə olmadı.

Oxşar xəbərlər
UEFA ləğv olunan penalti qərarı ilə bağlı açıqlama verdi
"Karyeramda ilk qırmızı vərəqə idi" - Kurban Berdıyev
"Belə hal karyeramda birinci dəfədir olur" - Kurban Berdıyev
"Hücumda kəsərli olmağa rəqib imkan vermədi" - Ayxan Abbasov
Roberto Bordin:""Qarabağ"ın qapısına penalti təyin edilməli idi"
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin

Misli Premyer Liqası