AFFA yeni baş məşqçini tapıb? - O, artıq Bakıdadır! -FOTO
Son seçmə mərhələdə biabırçı çıxışla yadda qalan Azərbaycan yığmasının baş məşqçisi Nikola Yurçeviçin müqavilə müddəti bitəndən sonra postunda qalmayacağı gün kimi aydındı. Millimizin uğursuzluqlarında yaxasını kənara çəkmək istəyən AFFA rəhbərliyi xorvatiyalını "güllə altına ataraq" vəziyyətdən çıxış yolları axtarır. Qurumun baş katibi Elxan Məmmədovun son açıqlamalarından belə aydın olur ki, 1 xala görə onlar yox, Yurçeviç məsuliyyət daşıyır.
Elxan Məmmədov tezliklə mütəxəssisdən hesabat tələb edəcəklərini, biabırçılğın səbəblərinin araşdırılacağını da bildirir. Belə görünür ki, elə məhz Elxan Məmmədovun tapıb yığmamıza sırıdığı Nikola Yurçeviçin tezliklə işinə xitam veriləcək. Təbii ki, belə məqamda ən düzgün yol tənqidlərin istiqamətini dəyişmək olardı. Baş məşqçi məsələsini ortaya atan baş katib buna qismən də olsa nail olub. Bununla paralel o, millimizə rəhbərlik edəcək yeni baş məşqçi axtarışlarına da başlayıb. Artıq bu istiqamətdə bir neçə menecerlə təmasa keçilib.
Bütün olanların fonunda bu yaxınlarda "Antalyaspor"dan istefa verən, Azərbaycan futbolsevərlərinə yetərincə yaxından tanış olan Bülənt Qorxmaz ötən gün Bakıya gəlib. Hazırda Türkiyə Super Liqasında 15-ci sırada yer alan Antalya təmsilçisindən 12 noyabrda ayrılan "cəsur ürək" ləqəbli mütəxəssisin paytaxtımızda peyda olması əbəs yerə deyil. Ola bilsin ki, artıq AFFA rəhbərliyi sabiq "Bakı"lı ilə danışıqlara başlayıb və türkiyəli məşqçi müqavilə detallarını müzakirə etmək üçün Bakıdadır. Bülənt Qorxmaz öz şəxsi "instaqram" hesabında Bakıdan şəkillərini də paylaşıb.
Qeyd edək ki, 2018-19-cu il mövsümünün əvvəlində "Antalyaspor"a baş məşqçi təyin olunan Bülənt Qorxmaz 52 oyunda 20 qalibiyyət, 10 bərabərlik və 22 məğlubiyyət yaşayıb.

Oxşar xəbərlər
Qorxmaz "Konyaspor"dan getdi - İstefa
Daha bir məşqçi millimizi çalışdırmaq istəmədi
Nikola Yurçeviç gedir,Elxan Məmmədov qalır - Açıqladı
"Bakı"nın sabiq çalışdırıcısı istefa verdi
Vaqif Sadıqov: "Yurçeviçlə davam etsək, ..."
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin















Misli Premyer Liqası