"Bakı"nın sabiq çalışdırıcısı istefa verdi
"Antalyaspor"un baş məşqçisi Bülənt Qorxmaz istefa verib.
Sportfm.az xəbər verir ki, bu barədə 50 yaşlı mütəxəssis şəxsi İnstaqram hesabında məlumat verib. O, azarkeşlərə, futbolçulara və rəhbərliyə təşəkkür edib:
"Antalyaspor"a gəlməyimizə səbəb olan bütün insanlara, bü günə qədər bizi dəstəkləyən klub prezidenti Ali Şafak Öztürkə, idarə heyətinə, azarkeşlərimizə və futbolçulara təşəkkür edirəm. Haqqınızı halal edin. Hər şey üçün çox təşəkkürlər".
Qeyd edək ki, B. Qorxmazın ötən mövsümün əvvəlindən çalışdırdığı "Antalyaspor" bu mövsüm 11 turdan sonra turnir cədvəlində 15-ci pillədə qərarlaşıb.
Əlavə edək ki, daha öncə “Qalatasaray”, “Karabükspor"da çalışan Qorxmaz 2009-2010 mövsümündə "Bakı" klubunun baş məşqçisi olub.
Oxşar xəbərlər
Daha bir klub prezidenti istefa verdi - Türkiyə Super Liqası
Yunis Hüseynov istefa verdi
Super Liqa klubunda prezident istefası
Qorxmaz "Konyaspor"dan getdi - İstefa
Məğlubiyyətə dözə bilmədi, istefa verdi
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin















Misli Premyer Liqası