reklam
Türkiyədə itdiyi iddia olunan futbolçu tapıldı
Sportfm.az xəbər saytı

Türkiyədə itdiyi iddia olunan futbolçu tapıldı


Türkiyənin “Ankaragücü” klubunun futbolçusu Zaur Sadayev itkin düşməsi ilə bağlı xəbərləri gülüşlə qarşılayıb.

Sportfm.az xəbər verir ki, 30 yaşlı hücumçu bu barədə özünün “Instagram” səhifəsində yazıb.

Rusiyalı oyunçu məsələyə bu cür aydınlıq gətirib: “Bu klubda oynamayacağımı qərara aldım. Müqavilə pozulub! Vəssalam”.

Milli komandaların oyunları ilə əlaqədar yaranmış fasilədən sonra klubun bazasına dönməyən Sadayevin bir neçə aydır əməkhaqqı almadığı üçün bu cür addım atdığı bildirilir.

Qeyd edək ki, çeçen futbolçu bu ilin fevralında “Ankaragücü”nə keçib. Onun paytaxt klubu ilə 30 iyun 2020-ci ilə qədər müqaviləsi vardı.

Oxşar xəbərlər

“Ankaragücü” “Napoli”nin futbolçusunu aldı
Ankaradan Qaziantepə... Keçid
Fuat Çapa Ankarada çalışacaq - Müq
Transfer pəncərəsinin bağlanmasına saatlar qalmış 15 futbolçu aldılar!
Türkiyə klubunun futbolçusu itkin düşdü - FOTO

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər