Sportfm.az xəbər saytı
Sportfm.az xəbər saytı
Türkiyə klubunun futbolçusu itkin düşdü -FOTO
Türkiyənin "Ankaragücü" klubunun rusiyalı oyunçusu Zaur Sadayev itkin düşüb.
Sportfm.az xəbər verir ki, futbolçu artıq bir neçə gündür klubla əlaqə saxlamır.
Komandanın baş məşqçisi Mustafa Kaplan jurnalistlərə açıqlamasında bildirib ki, Sadayevin telefonuna zəng çatmır. "O, fanatları qarşısında izahat verməli olacaq", - baş məşqçi qeyd edib.
Xatırladaq ki, Sadayev "Ankaragücü"nə bu ilin fevralında icarə əsasında gəlib, iyun ayında isə müqavilə imzalayıb. Türkiyəyə köçənə qədər o, Qroznının "Axmat" klubunun tərkibində oynayıb.
Oxşar xəbərlər
18 yaşlı futbolçu itkin düşdü - Hadisə
Superliqa klubunda yeni baş məşqçi - 1,5 illik müqavilə
Ukraynada daha bir futbolçu itkin düşdü - MÜHARİBƏ
Ukraynalı futbolçu itkin düşdü - Ailəsi ilə birlikdə
Türkiyədə itdiyi iddia olunan futbolçu tapıldı
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin















Misli Premyer Liqası