Ankaradan Qaziantepə...Keçid
Türkiyənin “Qaziantep” klubu heyətini yeni futbolçu ilə gücləndirib.
Sportfm.az xəbər verir ki, Super Liqa təmsilçisi norveçli hücumçu Torqeyr Borveni transfer edib.
Bu barədə klubun rəsmi saytı məlumat yayıb. 29 yaşlı futbolçu ilə 3 illik müqavilə imzalanıb.
Borven ötən ilin yayından Türkiyənin “Ankaragücü” klubunda çıxış edirdi. Lakin sözügedən klub mövsümün sonunda elita ilə vidalaşdığı üçün, Torqeyr də azad agent kimi komandadan ayrılmışdı.
Norveçli futbolçu futbola ölkəsinin “Odd” klubunda başlayıb. O, sonralar “Valerenqa”, “Tvente”, “Brann” və “Rusenborq” komandalarının da formasını geyinib. Təcrübəli hücumçu ötən mövsüm “Ankaragücü”nün heyətində meydana çıxdığı 29 oyunda 10 qola imza atıb, 1 məhsuldar ötürmə müəllifi olub.
Oxşar xəbərlər
“Ankaragücü” “Napoli”nin futbolçusunu aldı
Super Liqa klubunda seneqallı hücumçu
Zinedin türkiyə klubunda - FOTO
"Tuluza"nın futbolçusu "Sivasspor"da - Transfer
Premyer Liqada yeni transfer - Ues “Şeffild Yunayted”də oynayacaq
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Yığmamız pley-offda - Dünya çempionatı
-
"O, ora getdi, bura gəlməsin, bu, bura gəldi, ora getməsin" - AFFA-nın təfəkkürü
-
"Aston Villa" - "Fənərbaxça" - VİDEO
-
Güləşçimiz finalda - Dünya çempionatı
-
Asiya Açıq Turnirinə 27 cüdoçu ilə gedirik - SİYAHI
-
“Neftçi” azarkeşləri üçün 7 sektor ayrıldı - Premyer Liqa















Misli Premyer Liqası