Transfer pəncərəsinin bağlanmasına saatlar qalmış 15 futbolçu aldılar!
Türkiyənin “Ankaragücü” klubuna tətbiq olunan transfer qadağası aradan qaldırılıb.
Sportfm.az xəbər verir ki, bu, Türkiyədə transfer pəncərəsinin bağlanmasına saatlar qalmış baş verib.
Bu qadağa klubun bəzi yerli və legioner futbolçularına olan əvvəlki borclarla əlaqədar idi. Lakin bütün borcları bağlayan Super Liqa təmsilçisi nəhayət ki, transfer etmək hüququna yiyələnib.
“Ankaragücü” rəhbərliyi FİFA-dan rəsmi məktubu alan kimi xeyli müddətdi danışıq apardığı və razılıq əldə etdiyi bütün oyunçular üçün eyni gündə imza mərasimi təşkil edib. Paytaxt klubu 15 futbolçuyla müqavilə bağlayıb.
Elita təmsilçisinin heyətinə qatdığı yeni oyunçulardan 8-i legioner (Jerson Rodriqes, Xelmin Rivas, Saba Lobjanidze, Konrad Mixalak, Daniel Lukasik, Rikardo Fridrix, Miloş Stanoyeviç, Nduka Ozokvo), 7-si isə yerlidi (Orkan Çınar, Atila Turan, Fatih Tultak, Suat Kaya, Ahmet Sun, Enes Kubat, Məhəmməd Yasir Karabay)
Qeyd edək ki, “Ankaragücü” Super Liqada 13 xalla 17-ci pillədə qərarlaşıb.
Oxşar xəbərlər
Bu klubun sahibləri dünyaya şok yaşadır - 121 milyon avro
Super Liqa klubunda 4 transfer birdən - RƏSMİ
Türkiyə klubuna transfer qadağası - Borc səbəbindən
Türkiyə klubu 1 saatda 18 transfer etdi
Türkiyə klublarının qadağası ləğv olundu
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
"Sabah" - "Qarabağ" matçına 3000-dən çox bilet satıldı
-
"Qarabağ" - "Sabah" oyununun hakimləri açıqlandı - Premyer Liqa
-
Bu gün yarımfinalçılar məlum olacaq - Avropa Liqası
-
“İran millisi dünya çempionatına gələcək” Canni İnfantino
-
Avropa çempionatında ilk medalı Əhməd Yusifov qazandı
-
30-cu turun oyun cədvəli açıqlandı - Premyer Liqa















Misli Premyer Liqası