reklam
Roman Qriqorçuk:
Sportfm.az xəbər saytı

Roman Qriqorçuk: "Futbolçularımız strateji baxımdan düzgün oynadılar"


Topaz Premyer Liqasının X turunun "Qəbələ” – "Neftçi” oyunundan (4:1) sonra "qırmızı-qaralar”ın baş məşqçisi Roman Qriqorçukun mətbuat konfransı keçirilib. Sportfm.az klubun rəsmi saytına istinadən sizlərə ukraynalı mütəxəssisin fikirləri ilə tanış edir: "Qələbənin asan qazanıldığını söyləmək düzgün deyil. Matçın əvvəli belə təsəvvür yaratsa da, əslində qələbə heç də asanlıqla əldə olunmadı. Oyunun gedişində də bəzi dəyişikliklərə əl atdıq, fasilədə futbolçularla müəyyən məsələlərlə bağlı söhbət etdik. Qarşılaşmanı aktivimizə yaza bilərik. Təkcə ona görə yox ki, 3 xalı belə hesabla qazandıq. Futbolçularımız strateji baxımdan düzgün oynadılar. Onların münasibətləri də yalnız müsbət təəssürat bəxş edir.  Təbii ki, qol buraxmamaq xoşdur. Belə olanda xal qazanacağın təmin olunur. Amma uzun müddət qol buraxmamaq da çətindir. Müdafiə xəttin üzərində çalışmalı olduğumuz bəzi məqamlar da var. Cavid Hüseynov hazır olmasaydı, meydana çıxmazdı. O, oynamağa hazır olduğu müddətdə meydanda şans qazanır. Oyunun axarı və digər məqamlar da nəzərə alınır. Yarımmüdafiəçinin üzərində necə çalışıb, meydana can atması da diqqətimi çəkir. Onun çalışqanlığı və istedadını da nəzərə alsaq, tezliklə bütün matçı oynaya biləcəyini gözləmək olar. Mən Ruslan Qurbanovla Cavid Hüseynovun meydanda olmasını istəyirdim. Bu üzdən hər ikisini eyni vaxtda meydana buraxdıq. Həmin dəyişikliklərin qoldan sonra gerçəkləşməsi təsadüflə bağlıdır. Qolun olub-olmaması bu dəyişikliklərə təsir etməyəcəkdi. Meydana hansısa futbolçunu buraxanda ona inanıb, şans veririk. Bilirdim ki, Rəşad Eyubov meydana çıxmağa hazırdır. Biz ona daha faydalı ola biləcəyi mövqeni tapmışıq və iki matçdır dayaq yarımmüdafiəçisi kimi çıxış edir, qol da vurur. Qol imkanlarından istifadənin yüksək olmasını istəyərdik. Bunu bacarmamağımız ustalıq səviyyəsi ilə bağlıdır Biz də istətyirik ki, bu səviyyəni qaldıraq. Zədəli futbolçularımızın növbəti avrokubok matçına hazır olub-olmadğını indidən deyə bilmərəm. Qarşıda üç məşqimiz var. Hazırlıq prosesi bu suala aydınlıq gətirəcək”.

Oxşar xəbərlər

Roman Qriqorçuk: "Bu matç böyük hesabla başa çata bilərdi"
Roman Qriqorçuk: "Yarımfinalda zəif rəqibə rast gəlmirsən"
Roman Qriqorçuk: "Cavid Hüseynovun yenidən bizimlə olmasına şadam"
Roman Qriqorçuk: "Lakin bu haqda danışmağa hazır deyiləm"
Roman Qriqorçuk: "Bu matçda qələbə qazanmamaq olmazdı"

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər