reklam
Roman Qriqorçuk:
Sportfm.az xəbər saytı

Roman Qriqorçuk: "Bu matç böyük hesabla başa çata bilərdi"


Topaz Premyer Liqasının XV turunun "Qəbələ” – "Sumqayıt” oyunundan (1:1) sonra "qırmızı-qaralar”ın baş məşqçisi Roman Qriqorçukun mətbuat konfransı keçirilib.
Sportfm.az ukraynalı mütəxəssisin fikirləri ilə sizləri tanış edir: "Bütün oyunu tək qapıya oynadıq. Rəqibin yaxşı təhlil olunmamasından söhbət belə gedə bilməz. Oynadığımız komandanın düzgün qiymətləndirilməməsini də söyləmək olmaz. Futbolçularımız matç boyu çalışdılar. "Sumqayıt”ın hücum etdiyi azsaylı epizodları saymasaq, demək olar ki, bütün qarşılaşma nəzarətimizdə idi. On dəfələrlə vurğulamışam ki, yaradılan qol imkanlarından yararlana bilmirik. Bu dəfə də belə oldu. Meydanda 4 hücumçu olmasına baxmayaraq, heç birinin belə oyunda qol vura bilməməsini izah etmək çətindir. Prinsipcə, taktika, hərəkətlilik, istək, çalışqanlıq barədə danışmaq yersizdir. Çünki hər şey etdik, böyük üstünlük qazandıq, lakin çox sayda qol imkanlarından yararlana bilmədik. İkinci hissədə bunların sayı ilk yarıdakı kimi olmadı. Amma sona çatdırmadığımız elə epizodlar oldu ki, onlar məni əsəbləşdirir”.
Qriqorçuk hücum xəttinin gücləndirilməsi haqqında da fikrini bildirib: "Mən elə düşünürəm ki, icarədə olan futbolçularımız bizə qarşı oynamamalıdır. Bu mənim şəxsi fikrimdir və dəyişməz qalacaq. Bizə bir addım atmaq lazımdır. Hücum xəttini gücləndirməliyik. Komandaya qol vurmağı bacaran hücumçu lazımdır. Əslində, hücumçu belə də olmalıdır. O, qollar vurmalıdır. Bu gün heyətimizdəki hər hücumçu 3 qol vurmalı idi. Təbii ki, çalışmaq da lazımdır. Amma bu, bir gün çalışmaqla deyil. Gərək vergi də olsun. Elə buna görə də hücumçular azdır, bahadır, tapılmır. Ümid edirik ki, gələcək oyunçu hücumların sonluğunda bizə kömək edəcək. Bizim komandada belə oyunçu mövsümə 30 top vura bilər. Bu gün biz aşkar üstünlüyə malik idik. Tək qapıya oynadığımız matç böyük hesabla başa çata bilərdi. Amma yeganə qolumuzu standart vəziyyətdən sonra mərkəz müdafiəçisi vurdu”.

Oxşar xəbərlər

Roman Qriqorçuk: "Bu imkanları qola çevirməyə borclu idik"
Roman Qriqorçuk: "Futbolçularımız strateji baxımdan düzgün oynadılar"
Roman Qriqorçuk: "Bütün matçlara qələbə qazanmaq istəyi ilə yanaşırıq"
Roman Qriqorçuk: "Bu matç iki həftə əvvəl olsaydı..."
Roman Qriqorçuk: "Cavab qarşılaşmasında daha yaxşı oynamalıyıq"

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər