reklam
Roman Qriqorçuk:
Sportfm.az xəbər saytı

Roman Qriqorçuk: "Cavid Hüseynovun yenidən bizimlə olmasına şadam"


Topaz Premyer Liqasının IX turunun "Sumqayıt” - "Qəbələ” oyunundan (2:2) sonra "qırmızı-qaralar”ın baş məşqçisi Roman Qriqorçukun mətbuat konfransı keçirilib. Sportfm.az sizləri ukraynalı mütəxəssisin fikirləri ilə tanış edir: "Futbolçu qol vuranda bu onun üçün həmişə sevindiricidir. Biz isə oyunçunu yalnız təbrik edə bilərik. Hesabın nə dərəcədə qanunauyğun olduğuna gəlincə, buna şərh vermək istəmirəm. Ayrı-ayrı futbolçuların oyununu müzakirə etmək istəmirəm. Bu bizim daxili işimizdir, oyunu təhlil edəcəyik. Ümumilikdə "Qəbələ” yaxşı oynadı. Lakin müəyyən səhvlər buraxdıq. Mən komandadan razı qaldım. Bu mövsümdə hakimlikdən danışmayacam. Bu sualı kimə verməyinizin məsləhət olduğunu da deyə bilmərəm. Komandamın oyunundan çox razıyam. Avrokuboklara görə oyunların vaxtının dəyişdirilməsinə gəlincə, mümkün olduğu qədər klubları nəzərə almaq lazımdır. Heyətimiz elə komplektləşib ki, bu qrafiklə oynamaq ağırdır. Çünki rəqiblərin heyəti daha yaxşı təşkil olunub. Amma biz şikayətlənmirik. 2-3 gündən bir oynamaq çətindir. Cavid Hüseynovun yenidən bizimlə olmasına şadam. Sevinirəm ki, o, yenidən meydana çıxdı. Onun əvvəlki səviyyəsinə mümkün qədər tez qayıdıb, həmin templə inkişaf etməsi üçün hər şey edəcəyik. Cavid ilk matçında oynaya bildiyi qədər meydanda oldu”.

Oxşar xəbərlər

Elxan Abdullayev: "Bu haqda danışmaq istəmirəm"
Roman Qriqorçuk: "Rəqib daha güclü idi"
Roman Qriqorçuk: "Lakin bu haqda danışmağa hazır deyiləm"
Roman Qriqorçuk: "Bu matçda qələbə qazanmamaq olmazdı"
Roman Qriqorçuk: “Bu heç-heçə bizim üçün tarixi nəticədi”

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər