reklam
Roman Qriqorçuk:
Sportfm.az xəbər saytı

Roman Qriqorçuk: "Bu matçda qələbə qazanmamaq olmazdı"


Topaz Premyer Liqasının II turunun "Qəbələ” – "İnter” oyunundan (0:0) sonra "qırmızı-qaralar”ın baş məşqçisi Roman Qriqorçukun mətbuat konfransı keçirilib. Sportfm.az ukraynalı mütəxəssisin fikirləri təqdim edir: "Ciddi rəqiblə qarşılaşırdıq. "İnter” çox yaxşı komandadır. Bu rəqib ötən turda son çempiona – "Qarabağ”a qalib gəlib. Aydın məsələdir ki, paytaxt klubu müəyyən gücə malikdir. Görüşdə təhlil olunacaq xeyli materialımız oldu. Bu gün qalib gəlmədik. Prinsipcə, elə qarşılaşma idi ki, bu matçda qələbə qazanmamaq olmazdı. Görüş aşkar şəkildə bizim xeyrimizə idi. Komandamızın inamlı qələbəsi daha qanunauyğun olardı. Qolla nəticələnməyən penaltiyə gəlincə, mən də zərbəni Nika Kvekveskiri deyil, başqa oyunçunun yerinə yetirməsini düşündüm. Amma meydanda belə zərbə vuran başqa oyunçumuz yox idi. Bir müddət biz penaltilər üzərində məşq etmişik və 11 metrlik zərbələri yerinə yetirən futbolçularla bağlı qeydlər aparıb, onları seçmişəm. Amma onlardan yalnız biri meydanda olduğundan variantımız yox idi”.

Oxşar xəbərlər

Roman Qriqorçuk: "Yarımfinalda zəif rəqibə rast gəlmirsən"
Roman Qriqorçuk: "Rəqib daha güclü idi"
Roman Qriqorçuk: "Cavid Hüseynovun yenidən bizimlə olmasına şadam"
Roman Qriqorçuk: "Lakin bu haqda danışmağa hazır deyiləm"
Roman Qriqorçuk: "Cavab qarşılaşmasında daha yaxşı oynamalıyıq"

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər