Region Liqasında çıxış edən komandanı stadionda məşq etməyə icazə vermirlər! -MÜSAHİBƏ
Azərbaycanda Region Liqası layihəsinə start veriləndə ürəyi futbolla döyünən hər kəs sevinmişdi. Çoxları düşünürdü ki, Region Liqası Türkiyənin aşağı liqaları kimi baxımlı və eyni zamanda ölkə futbolunun inkişafına təkan verən yarış olacaq. Ancaq olmadı, yeni başlayanda əhatə dairəsinə, komandaların sayına, gələcəkdəki perspektivinə görə Region Liqasına böyük ümidlər bəslənilirdi, amm bu da AFFA-nın digər layihələri kimi palçıqlı stadionlarda batıb qaldı. Hazırda Region Liqasında iştirak edən komandalar nəinki normal məşq etmirlər, heç hazırlaşmaq üçün stadion belə tapa bilmirlər. Belə ki, "Mil" komandasının təsisçisi və kapitanı olan Kamal Qasımov saytımıza müsahibəsində belə bir halla üzləşdiklərini dilə gətirdi:"Çox çətindi. Biz ağır durumdayıq. Yalandan nəsə etməyə çalışırıq, imkan vermirlər, şərait yaratmırlar. Bu klubu yaradanda əsas məqsədimiz o idi ki, rayonda futbol ölməsin. Amma indi görürəm ki, futbol bizdən başqa heçkimə lazım deyil. Məşq edə bilmirik, oyuna çıxırıq".
- Nə qədər vaxtdır məşq edə bilmirsiz?
- 4 aydır, qardaş. Vəziyyətimiz çox ağırdı.
- Səbəb nədir, niyə məşq etmirsiz?
- Stadionda məşq etməyə icazə vermirlər, pul tələb edirlər. 25 nəfər futbolçu qalıb çöldə. Region Liqası başlamadan öncə AFFA bizə yazılı şəkildə məktub göndərdi ki, komanda müntəzəm olaraq məşq etməlidi. Onsuzda bizəkömək edən yoxdur. Öz hesabımıza komanda saxlayırıq.
- Hansı stadionda sizi məşq etməyə qoymurlar?
- Beyləqan Olimpiya İdman Kompleksinin yaşıl meydançasını üzümüzə bağlayıblar.
- Nəyə görə?
- Ora yeni rəhbərlik təyin edilib. Hazırda Olimpiya Kompleksinin direktoru olan Atif Əhədov bizə deyir ki, stadionda məşq etmək ödənişlidir.
- Söhbət hansı məbləğdən gedir?
- Biz komandanı güclə yaşadırıq. Saatına 50 manat pul istəyir. Biz doğma rayonumuzu təmsil edirik, bu idman qurğusu da idmançılar üçün tikilib, niyə orda pulla məşq etməliyik? İmkan versinlər məşq edək, Beyləqanı Region Liqasında layiqincə təmsil edək. Məşq etmədən çıxdıq və ilk oyunda uduzduq. Biz bu komandanı uduzmaq üçün yaratmamışıq axı.

- Hazırda məsələ nə yerdədi?
- Bir müddət öncə telekannallardan birində bu problemlə bağlı süjet efirə getdi. Həmin süjetdən sonra bizə söz veriblər ki, stadionda məşq edib oyun keçirə biləcəyik.
Qeyd edək ki, bu il fevralın 13-də Beyləqan Olimpiya İdman Kompleksinin açılışında Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev də iştirak edib. kompleksin tikintisinə 2018-ci ildə başlanılıb. Prezident İlham Əliyevin sərəncamları ilə Olimpiya İdman Kompleksinin tikintisinin davam etdirilməsinə ümumilikdə 17,5 milyon manat vəsait ayrılıb.
Ramil Özsoy
Oxşar xəbərlər
AFFA-nın ötənilki xərcləri - 28 milyon
Region Liqası keçiriləcəkmi? - Nonsens
Region komandaları etiraz etdi
Birinci Diviziona buraxılmayan "Xan Lənkəran"ın baş məşqçisi:"Qərar açıqlanandan sonra yüzlərlə zəng gəlib" - MÜSAHİBƏ
Prezident İlham Əliyev Abşeron Olimpiya İdman Kompleksinin açılışında iştirak edib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin















Misli Premyer Liqası