Birinci Diviziona buraxılmayan "Xan Lənkəran"ın baş məşqçisi:"Qərar açıqlanandan sonra yüzlərlə zəng gəlib" -MÜSAHİBƏ
Lənkəranda yeni yaradılmış “Xan Lənkəran” futbol klubu I Divizionda çıxış etməyəcək.
Bu barədə AFFA-nın baş katibi Elxan Məmmədov bildirib. O, açıqlamasında ötən mövsüm I Divizionda çıxış edəcək komandaların yarışda qalacaqlarını deyib. Məmmədov yeni yaranan klubların isə 2-3 il Region Liqasında oynamalı olduğunu vurğulayıb. Məsələ ilə bağlı Sportfm.az saytına müsahibə verən "Xan Lənkəran"ın baş məşqçisi Əfqan Talıbov belə qərarı gözləmədiklərini deyir:"Təbii ki, müraciətimizin müsbət nəticələnəcəyini gözləyirdik. Böyük bir bölgə futboldan uzaq qalıb. Klub olaraq lazımi işləri görürük. Peşəkarlıq yönündə bütün addımlar atılır.
- Hazırda toplanış davam edirmi?
- Bəli. Biz seleksiya xarakterli məşqlərə xeyli sayda futbolçu dəvət etmişik. Qapılarımız hər kəsin üzünə açıqdı. Kim istəyir, gəlib seçimlərdə iştirak edir.
- AFFA-nın baş katibi Elxan Məmmədovun məlum açıqlamasından sonra klubda nələr yaşanır?
- İnanırsız, qərar açıqlanandan sonra yüzlərlə zəng gəlib. İnsanlar Lənkəran komandasının böyük futbolda olmasını istəyir. Biz də buna çalışırıq. Ancaq hər şey bizdən asılı deyil. İndi birdən-birə deyirlər ki, oynaya bilməzsiniz.
- Heyətinizə yeni futbolçular cəlb etmişdiniz. Onların aqibəti necə olacaq?
- Vaxtilə "Xəzər Lənkəran"ın heyətində çıxış edən futbolçuları transfer etmişik. Qərardan sonra digər klublardan zəng vurub həmin futbolçularla maraqlanırlar. Bizim təlim-məşq toplanışının vaxtı və yeri də müəyyən edilib. Böyük bir azarkeş ordumuz var. İndi bilmirik necə olacaq!
- Elxan Məmmədov bildirib ki, 2-3 il Region Liqasında oynamaq lazımdı. Buna hazırsınız?
- Belə çıxır ki, biz 1 il Region Liqasında çıxış etdik, qalib olduq, ancaq yenə də Birinci Divizionda oynaya bilməyəcəyik! Axı, stimul olmalıdı. Bəs, biz harda işləyək. Mən demirəm Region Liqası pisdir. Orda çalışan məşqçilər dostlarımızdı, orda oynayan futbolçular bizim övladlarımızdı. Ancaq bizim hədəflərimiz var. Böyük bir regionu təmsil edirik.
Qeyd edək ki, yeni yaradılan "Xan Lənkəran" I Divizionda oynamaq üçün müraciət etmişdi.
Oxşar xəbərlər
"Xan Lənkəran" "Xəzər Lənkəran" adı ilə davam edəcək
AFFA Lənkəran klubuna dəstək göstərəcək
“Xan Lənkəran”la bağlı qərar verildi - “Bütün ödənişlər geri qaytarılacaq”
“Xan Lənkəran” tərəfdarları Rövnəq Abdullayevə müraciət etdi
"Xan Lənkəran" I Diviziona buraxılmadı
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin














Misli Premyer Liqası