Prezident İlham Əliyev Abşeron Olimpiya İdman Kompleksinin açılışında iştirak edib
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 16-da Abşeron Olimpiya İdman Kompleksinin açılışında iştirak edib.
Sportfm.az xəbər verir ki, dövlətimizin başçısı kompleksin rəmzi açılışını bildirən lenti kəsib.
Gənclər və idman naziri Azad Rəhimov görülən işlərlə bağlı dövlətimizin başçısına ətraflı məlumat verib.
Abşeron Olimpiya İdman Kompleksi Prezident İlham Əliyevin “Abşeron və Ağcabədi rayonlarında Olimpiya İdman komplekslərinin tikintisi ilə bağlı tədbirlər haqqında” 2011-ci il 27 may tarixli Sərəncamı əsasında inşa edilib. Bu, ölkəmizdə sayca 42-ci Olimpiya İdman Kompleksidir. Tikinti işləri ən yüksək səviyyədə aparılıb.
Komplekslə tanışlıqdan sonra Prezident İlham Əliyev Abşeron rayon ictimaiyyətinin nümayəndələri və idmançılar ilə görüşüb.(azərtac)
Oxşar xəbərlər
Prezident İlham Əliyev idman mərasimində iştirak edib
Azərbaycanda daha bir çoxprofilli olimpiya komleksi açıldı - FOTOLAR
Ölkə prezidenti İlham Əliyev əməkdar məşqçi ilə görüşdü - FOTO
2018-ci ildə Azərbaycanda neçə Olimpiya Mərkəzi tikiləcək? - Açıqlandı
Prezident İlham Əliyev 2016-cı ilin idman yekunlarına həsr olunan mərasimdə iştirak edib -FOTO
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin















Misli Premyer Liqası