Azad Rəhimov Göyçayda vətəndaşları qəbul etdi
Gənclər və İdman Naziri Azad Rəhimov Mingəçevir, Ağdaş, Ağsu, Göyçay şəhər və rayonlarından olan vətəndaşları qəbul edib.
Sportfm.az xəbər verir ki, Göyçayda keçirilmiş qəbulda 15 nəfər vətəndaş iştirak edib.
Müraciətlərə “Gənclər evi”nin və müxtəlif idman qurğusunun tikintisi və təmiri, qurğulara idman avadanlıqlarının verilməsi, yerlərdə təlim-məşq toplanışlarının keçirilməsi üçün dəstək göstərilməsi, idman klubunun yaradılması və fəxri adların, məşqçilik dərəcələrinin verilməsi daxil olub.
Müraciətlərin bir qismi yerindəcə həll edilib, nazirliyin səlahiyyətlərinə aid olmayanların isə qeydə alınaraq aidiyyəti üzrə göndəriləcəyi bildirilib. Müraciətlərin bir qismi isə baxılması üçün icraya yönəldirilib.
Oxşar xəbərlər
Fərid Qayıbov Siyəzən və Xızıda vətəndaşları qəbul etdi
Fərid Qayıbov Tovuzda vətəndaşları qəbul etdi
Azad Rəhimov qan verdi - FOTO
Gənclər və İdman naziri Cəlilabadda vətəndaşları qəbul etdi - FOTO
Azad Rəhimov bir qrup mütəxəssisi təltif etdi
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin














Misli Premyer Liqası