Fərid Qayıbov Tovuzda vətəndaşları qəbul etdi
Gənclər və idman naziri Fərid Qayıbov Tovuz şəhərində Tovuz, Qazax və Ağstafa rayonlarından olan vətəndaşları qəbul edib.
Sportfm.az xəbər verir ki, qəbuldan öncə Tovuz şəhərində ümummilli lider Heydər Əliyevin abidəsini ziyarət olunub, önünə gül dəstələri qoyulub, xatirəsi ehtiramla yad edilib.
Tovuz şəhər Heydər Əliyev Mərkəzində keçirilən görüşə gələn vətəndaşların müraciətləri əsasən, yaşadıqları ərazilərdə idman qurğularının inşa edilməsi, işlə təminat və digər məsələlər olub. Fərid Qayıbov vətəndaşları dinləyib, müraciətlərin həlli üçün müvafiq tapşırıqlar verib.
Müraciətlərin bir qismi yerindəcə həllini tapıb, qaldırılan bəzi məsələlər isə araşdırılması üçün nəzarətə götürülüb. Nazirliyin fəaliyyət dairəsinə aid olmayan bəzi müraciətlər müvafiq qurumlara çatdırılmaq üçün qeydiyyata alınıb.
Qəbulda nazir müavini Mariana Vasileva, Gənclər Fondunun icraçı direktoru Fərid Cəfərov və nazirliyin məsul əməkdaşları da iştirak ediblər.
Oxşar xəbərlər
Fərid Qayıbov Siyəzən və Xızıda vətəndaşları qəbul etdi
Nazir rayon sakinləri ilə görüşdü
Nazir idman komplekslərinin rəhbərləri ilə görüşdü
Gənclər və İdman naziri Cəlilabadda vətəndaşları qəbul etdi - FOTO
Azad Rəhimov Göyçayda vətəndaşları qəbul etdi
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin















Misli Premyer Liqası