Müştərilərini narazı salan "TOPAZ"dan açıqlama -VİDEO
Azərbaycanın yeganə rəsmi bukmeyker şirkəti "Topaz" yaranan texniki problemlərlə bağlı mediaya müraciət edib. Topaz bildirib ki, sistem texnologiyalarının müvəqqəti nasazlığı ilə bağlı bəzi texniki problemlər yaşanıb. Onlar operativ şəkildə aradan qaldırılsa da narazıçılığa səbəb olublar. Məsələyə aydınlıq gətirmək üçün Topaz hər hansı bir texniki qüsurlar yarandığı halda məsuliyyəti üzərinə götürdüyünü təsdiq edir.
Sportfm.az xəbər verir ki, bunu “Caspiantech” şirkətinin ictimaiyyətlə əlaqələr üzrə nümayəndəsi Ruslan Ağayev bildirib.
“Bütün yazılan kuponlar MBNP tərəfindən təsdiqlənmiş qiymətli kağız sayıldığına görə dövlət tərəfindən təmin olunur, o üzdən Topaz narahatlıq üçün heç bir səbəb olmadığına və bütün ödənişlərin həyata keçiriləcəyinə zəmanət verir. Gələcəkdə hər hansı bir texniki problem yaşanarsa, biletlər manual şəkildə dəyərləndiriləcək və mərc oyunları qaydalarına əsasən bütün uduşlar ödəniləcək”.
“Topaz" yaranan narahatlığa görə üzr istəyir və problemin ən qısa vaxtda aradan qaldırılması üçün təxirəsalınmaz tədbirlər həyata keçirir.
Oxşar xəbərlər
“TOPAZ”: “Kasımpaşa” üçün arzuolunmaz Kadıköy səfəri
Real Sosyedad” və “Selta” üçün irəliləmək imkanı - "Topaz"da bu gün
"Topaz"da bu gün: 16 canlı 9 "təkli" oyun
“Topaz”da bu gün: 16 canlı oyun
"Kəpəz" azarkeşləri oturacaqları sındırdığı üçün cərimə olundu
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin














Misli Premyer Liqası