reklam
WADA astma preparatlarının idmançılara təsirini öyrənməyə başladı
Sportfm.az xəbər saytı

WADA astma preparatlarının idmançılara təsirini öyrənməyə başladı


Almaniyanın Ulm Universiteti Dünya Antidopinq Agentliyinin (WADA) sifarişi ilə astma preparatlarının idmançılara təsirini öyrənir.

Sportfm.az xəbər verir ki, bu barədə Almaniyada çıxan “Sportschau” qəzeti yazıb. Yazıda deyilir ki, tədqiqata 300 min avro vəsait ayrılıb, 24 könüllü idmançı cəlb olunub. İdmançıların hamısı Ulm Universitetinin alimlərinin və onların Köln və Berlindən olan həmkarlarının müşahidəsi altındadır. Alimlər ağciyər testlərinin, qan və sidik analizlərinin nəticələrini, əzələ toxuması nümunələrini yoxlayırlar. Könüllülər nəticələrinin həqiqətən yaxşılaşdığını bildiriblər.

2018-ci ilin fevralında Norveç yığması Pxençxan Olimpiya Oyunlarına 6000 dozadan çox astma dərmanı gətirib. İdmançılar WADA-nın icazəsi ilə bu preparatlardan istifadə ediblər. Bəzi idmançılar və federasiya rəhbərləri WADA-nın terapevtik istisnalardan istifadə etməsi əleyhinədirlər. Məsələn, Rusiya Xizək Yürüşləri Federasiyasının başçısı Yelena Vyalba bu sistemi leqallaşdırılmış dopinq adlandırıb.

Oxşar xəbərlər

WADA növbəti 5 il üçün iş planını açıqladı
AMADA-nın rəhbərinə yeni vəzifə verildi
RUSADA-nın sanksiyalara etiraz etmək qərarı diqqətə alındı
Rusiyaya beynəlxalq idman tədbirləri qadağan edilə bilər - ŞOK
"Avropolun əməliyyat apardığı ölkələr arasında Azərbaycan yoxdur"

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər