reklam
Sportfm.az xəbər saytı

"Avropolun əməliyyat apardığı ölkələr arasında Azərbaycan yoxdur"


Beynəlxalq Olimpiya Komitəsi (IOC) Ümumdünya Antidopinq Agentliyinin (WADA) və Avropolun müştərək antidopinq əməliyyatını dəstəkləyib.

Sportfm.az xəbər verir ki, Avropada saxta dərman və dopinq preparatlarının qanunsuz dövriyyəsi ilə məşğul olan 17 mütəşəkkil cinayətkar dəstə zərərsizləşdirilib. Proses, ümumilikdə, 33 ölkəni əhatə edib.

Azərbaycan Milli Antidopinq Agentliyinin (AMADA) direktoru Şəfəq Hüseynli bildirib ki, sözügedən dövlətlər arasında Azərbaycan yoxdur. Onun sözlərinə görə, hazırda ölkədə dopinq preparatlarının qanunsuz dövriyyəsi ilə, əsasən, bəzi fitnes mərkəzləri məşğul olur: "Həmin vasitələr bədəndə piy həcminin azaldılması və əzələ kütləsinin çoxaldılmasına xidmət edir. Bunlar cinsi zəifliyə, ürək-damar sistemində problemlərə və sonsuzluğa gətirib çıxarır". 

Hüseynli bu cür halların qarşısının alınması üçün əlaqədar qurumlara müraciət etdiklərini və araşdırmaların nəticəsini gözlədiklərini söyləyib. (report)

Oxşar xəbərlər

AMADA, DİN və DGK görüş keçirdi - Dopinqin qanunsuz dövriyyəsi ilə bağlı
"Azərbaycanda idmançılar arasında belə bir fakt aşkarlanmayıb" - AMADA-nın direktoru
AMADA-nın rəhbərinə yeni vəzifə verildi
Azərbaycanda daha bir təhlükə - maddələrin istifadəsi yayılıb
DİN və AMADA arasında əməkdaşlıq haqqında memorandum imzalandı

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər