
AMADA-nın rəhbərinə yeni vəzifə verildi
Azərbaycan Milli Antidopinq Agentliyinin (AMADA) direktoru Şəfəq Hüseynli Ümumdünya Antidopinq Agentliyinin təhsil sahəsinin siyasi və strateji tənzimlənməsi üzrə Daimi Komitəsinin (WADA Education Standing Committee) üzvü seçilib.
Sportfm.az xəbər verir ki, bu barədə WADA İcraiyyə Komitəsi qərar qəbul edib. Ş.Hüseynlinin 12 nəfərdən ibarət olan Təhsil üzrə Daimi Komitənin üzvlüyünə namizədliyi fevralda yekdil qərara əsasən, WADA-nın prezidenti, baş direktoru və bu Komitənin sədri tərəfindən seçilərək agentliyin rəhbər orqanına rəsmi təyinat üçün irəli sürülüb.
Qeyd edək ki, Şəfəq Hüseynli eyni zamanda WADA-nın milli antidopinq agentlikləri üzrə məşvərət qrupunun üzvü (WADA NADO Advisory Group), Avropa Şurasının “İdmançıların ədalət mühakiməsinə maneəsiz çıxışının təmin edilməsi” üzrə xüsusi işçi qrupunun sədr müavini (T-DO HR) və Avropa Şurasının Ümumdünya Antidopinq Agentliyi ilə iş üzrə xüsusi Avropa komitəsinin (CAHAMA) gender bərabərliyi məsələləri üzrə rəhbəridir.

№ | Komanda | o | x |
1 | Neftçı | 20 | 42 |
2 | Qarabağ | 20 | 42 |
3 | Zirə | 20 | 30 |
4 | Sumqayıt | 20 | 26 |
5 | Qəbələ | 20 | 23 |
6 | Səbail | 20 | 18 |
7 | Keşlə | 20 | 17 |
8 | Sabah | 20 | 16 |
№ | Komanda | o | x |
1 | Araz | 17 | 51 |
2 | Marafon | 17 | 39 |
3 | EKOL | 17 | 39 |
4 | Neftçi İK | 17 | 36 |
5 | Baku Fire | 17 | 28 |
6 | Bakı TFK | 17 | 17 |
7 | Premier Quba | 17 | 14 |
8 | Record club | 17 | 13 |
9 | Xızı Futzal | 17 | 12 |
10 | Yasamal İSK | 17 | 5 |
№ | Komanda | o | x |
1 | Turan-Tovuz | 16 | 36 |
2 | Zaqatala | 17 | 34 |
3 | Neftçi-2 | 16 | 34 |
4 | Sabah-2 | 16 | 29 |
5 | Qarabağ-2 | 17 | 26 |
6 | Kəpəz | 15 | 17 |
7 | Qaradağ Lökbatan | 16 | 16 |
8 | Keşlə-2 | 16 | 12 |
9 | MOİK | 16 | 10 |
10 | Sumqayıt-2 | 15 | 9 |