reklam
Sportfm.az xəbər saytı

"Biz bütün komandayla müdafiə olunurduq" -Ramil Şeydayev


"Uduzmuşuq, nə deyə bilərəm? Bacardığımız qədər oynadıq. Məğlubiyyətə layiq idik, ya yox, bunu deyə bilmərəm".

Sportfm.az xəbər verir ki, bunları Azərbaycan millisinin hücumçusu Ramil Şeydayev səfərdə Uels yığmasına 1:2 hesabı ilə uduzduqları AVRO-2020-nin seçmə oyununda sonra söyləyib.

- Bərabərlik qolu sizin ötürmənizdən sonra vuruldu. Mahir Emrelini görürdünüz, yoxsa ötürməni səsə etdiniz?

- Görürdüm. Yaxşı açıldı, mən də etməli olduğum ötürməni verdim.

- Necə düşünürsünüz, bu, cari tsikldə millimizin ən yaxşı oyunu idi?

- Xeyr. Fikrimcə, Xorvatiyaya qarşı bundan bir qədər yaxşı oynamışdıq.

- Uels sizi nə iləsə təəccübləndirdi?

- Deməzdim ki, təəccübləndirdilər. Onlar hücum edirdi, biz isə bütün komandayla müdafiə olunurduq. Çox da hücum etmədik.

- Çox dilxorsunuz. Səbəb istədiyiniz səviyyədə oynaya bilməməyinizdir, yoxsa son dəqiqələrdə buraxılan qoldur?

- Bu gün də əlimdən gələni etdim. Son dəqiqələrdə buraxdığımız qol məni çox məyus etdi.

- Son dəqiqədə cərimə meydançasında yıxılaraq penalti ala bilərdiniz.

- Rəqib mənə toxunmamışdı.

- Xorvatiya ilə matçadək istər fiziki, istərsə də psixoloji baxımdan bərpa ola biləcəksiniz?

- Əlbəttə! Bu, ilk belə hal deyil. Fikrimcə, rotasiyalar üçün də yetərincə imkanlarımız var. Məncə, tam bərpa olacağıq.

Oxşar xəbərlər

"İlk oyunda bunu edə bilmədik" - Joze Alesio
"Son dəqiqədə buraxılan qol adama pis təsir edir" - Stanislav Namaşko
"Uels və Slovakiyanı təəccübləndirməyə çalışacağıq" - Nikola Yurçeviç
Ramil Şeydayev: "Belə hadisələr məni daha da "işə salır""
"Nəticə oyuna görə idi" - Qoran Sabliç

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər