Ramil Şeydayev: "Belə hadisələr məni daha da "işə salır""
Rusiya Premyer Liqasında 18-ci turun oyunları keçirilir.
Sportfm.az xəbər verir ki, millimizin üzvü Ramil Şeydayevin formasını geyindiyi "Krılya Sovetov" Moskvada "Lokomotiv"in qonağı olub və 2:2 hesablı heç-heçə edib.
Millimizin üzvü matça start heyətdə başlayıb və 69-cu dəqiqədə hesab 1:2 olarkən komandasının bərabərlik qoluna imza atıb. Görüşdən sonra Ramil Şeydayev Samara klubunun rəsmi saytına müsahibə verib. Həmin müsahibəni təqdim edirik: Bu oyunda ancaq final fitindən sonra rahatlaşdıq. Son dəqiqələrdə çox yorulduq, bu açıq-aşkar görünürdü. Hesabı bərabərləşdirməyimə sevinsəm də, qalib gəlmədiyimiz üçün üzgünəm.
- Qırmızı vərəqə, amansız mübarizə, qayda pozuntaları - bütün bunlar mane oldu, yoxsa, əksinə?
- Oyun zamanı belə hadisələr məni daha da "işə salır". Qırmızı olmasa təbii ki, daha yaxşı olardı. Mənim fikrimcə, həmin vərəqə haqsız idi. Əsas odur ki, biz dözdük.
- Demək olarmı ki, komandanız xarakteri sayəsində 1 xal qazandı?
- Əlbəttə. Hesabda geridə idik, ancaq sonda rəqibdən xal qopardıq. Düşünürəm ki, növbəti oyunda daha yaxşı çıxış etməyə qadirik. Artıracağıq, bundan əminəm.
Qeyd edək ki, hazırda "Krılya Sovetov" Premyer Liqanın turnir cədvəlində 18 xalla 13-cü sırada qərarlaşıb.
Oxşar xəbərlər
Şeydayev komandasının məğlubiyyətinə şahidlik etdi
Şeydayevli "Krılya Sovetov" "Krasnodar"a məğlub oldu - VİDEO
Ramil Şeydayev həm qol vurdu, həm də.... VİDEO
Şeydayev penaltiyə səbəb oldu - VİDEO
Ramil Şeydayev bu mövsüm qol hesabını açdı
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin















Misli Premyer Liqası