"İlk oyunda bunu edə bilmədik" -Joze Alesio
“Xorvatiyaya məğlubiyyətdən sonra Rusiya ilə qarşılaşmaya köklənmək psixoloji cəhətdən çox çətin idi. Səhər-səhər oyunla bağlı tapşırıqları verən zaman dedim ki, Xorvatiya yığmasına qarşı da yaxşı oynamışdıq. İndi konsantrasiyanı və dəqiq zərbələrin sayını bir qədər artırmalıyıq. Rəqibimizin gücü, dünya futzalındakı yeri haqda danışmaq artırdır. Biz bu gün vacib olanı – yaratdığımız epizodları realizə etməyi bacardıq. Halbuki ilk oyunda bunu edə bilmədik və məğlub olduq. Əlbəttə, komandanın oyunundan razı qaldım".
Qol.az xəbər verir ki, bu sözləri futzal üzrə Azərbaycan milli komandasının baş məşqçisi Joze Alesio Da Silva DÇ-2020-nin elit-raund mərhələsi çərçivəsində Rusiya yığmasına 4:3 hesabı ilə qalib gəldikləri oyundan sonra AFFA-nın saytına deyib.
"Final mərhələsinə vəsiqə qazanmaq üçün şansımız davam edir. Hətta bunu rəqəmlə ifadə etsək, 50-nin 50-yə olduğunu deyə bilərəm. Bizim üçün vacib olan Slovakiya millisini məğlub etməkdir. Bunu bacardıqdan sonra, Rusiya-Xorvatiya oyunu haqda danışmaq, qrupumuzdakı vəziyyəti təhlil etmək olar”- deyə o bildirib.
Oxşar xəbərlər
“Sürpriz”lə qarşılaşa bilərik” - Rövşən Hüseynli
"Hazırlıq üçün az vaxtımız oldu" - Məşqçi fikirləri
“Çətin olanı reallaşdırmağa çalışacağıq” - Joze Alesio
“Normal qrupda yer almışıq” - Millimizin baş məşqçisi
"Qorxduğum başıma gəldi" - Joze Alesio
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin














Misli Premyer Liqası