reklam
Sportfm.az xəbər saytı

"Nəticə oyuna görə idi" -Qoran Sabliç


"Şerif"in baş məşqçisi Qoran Sabliç Avropa Liqasının pley-off mərhələsi çərçivəsində “Qarabağ"a 0:3 hesabıyla məğlub olduqları oyunu şərh edib.

Sportfm.az xəbər verir ki, Moldova təmsilçisinin çalışdırıcısı media nümayəndələri ilə görüşdə bunları deyib:

- "Qarabağ"ı qələbə münasibəti ilə təbrik edirəm. Bu gün güclü komandaya qarşı oynadıq. Ümid edirdik ki, ən azı heç-heçə ilə növbəti mərhələyə keçərik. "Qarabağ"ın ilk qolundan sonra növbəti qollar da ardıcıl gəldi. Topla yaxşı oynadılar.
- Məğlubiyyətə səbəb "Qarabağ"ın güclü oyun idi, yoxsa "Şerif"in aciz oyunu?
- "Qarabağ"ın möhtəşəm oyununu qeyd etməliyəm. Nəticə oyuna görə idi. "Qarabağ" buna layiq idi. Əsas məsələ səfərdə qol vurmaq idi, lakin bunu bacarmadıq. Hücumlar qurmaqda çətinliklərlə üzləşdik.

- Bu gün "Qarabağ" sizi nə ilə təəccübləndirdi?
- "Qarabağ" kimi komandanı ancaq tərifləyə bilərəm. İnamlı futbol sərgiləyirlər.

- Sirr deyilsə, Qurban Qurbanova oyundan sonra nə dediniz?
- Onu qələbə münasibəti ilə təbrik etdim.(komanda.az)

Oxşar xəbərlər

“İki qardaş oyuna çıxacaq, amma qələbə qazanmaq istəyirik” – Rıza Çalımbay
"Heç bir halda arxaynlaşmaq olmaz" - Elxan Məmmədov
Filip Ozobiç: "Qrupda onlarla düşsək..."
"Şerif" "Qarabağ"a görə oyununu təxirə saldı
"Artıq "Qarabağ"ı təhlil etmişik" - "Şerif"in məşqçisi

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər