Sportfm.az xəbər saytı
Sportfm.az xəbər saytı
Millimiz qrupda sonuncu oyununa çıxır -Avropa çempionatı
Qadın voleybolçulardan ibarət Azərbaycan millisi Bakıda təşkil olunan Avropa çempionatının C qrupunda bu gün sonuncu oyununa çıxacaq.
Sportfm.az xəbər verir ki, Faiq Qarayevin baş məşqçisi olduğu komanda Niderlandla üz-üzə gələcək.
Milli Gimnastika Arenasında keçiriləcək qarşılaşma saat 18:30-da başlanacaq.
Qrupun digər görüşündə Rumıniya İspaniyanı sınağa çəkəcək.
C qrupunun oyunlarına bu gün yekun vurulacaq. Hazırda Belçika yığması 13 xalla liderdir. Niderland 9 xalla ikinci, Azərbaycan millisi 8 xalla üçüncüdür. Portuqaliyanın 5, Rumıniyanın 3, İspaniyanın 1 xalı var.
Qeyd edək ki, reqlamentə əsasən, qruplarda ilk 4 yeri tutan komandalar Avropa çempionatının pley-off mərhələsinə vəsiqə qazanacaqlar.

Oxşar xəbərlər
Yığmamız Belçikaya uduzdu
Millimiz Belçikaya qarşı - AVRO-2026
Millimiz İspaniyaya qarşı - Avropa Çempionatı
Bakıda Belçika İspaniyanı, Niderland Rumıniyanı məğlub etdi - AVRO-2026
Bakıda Avropa çempionatının açılış mərasimi keçirildi
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin

Misli Premyer Liqası