reklam
Millimiz İspaniyaya qarşı -
Sportfm.az xəbər saytı

Millimiz İspaniyaya qarşı -Avropa Çempionatı


Azərbaycanın qadınlardan ibarət voleybol millisi Bakıda keçirilən Avropa çempionatında növbəti oyuna çıxır.

Sportfm.az xəbər verir ki, Faiq Qarayevin komandası bu gün C qrupunun 2-ci turunda İspaniya yığması ilə üz-üzə gələcək.

Milli Gimnastika Arenasında keçiriləcək oyun saat 18:30-da başlanacaq.

Qrupun digər matçında Portuqaliya və Belçika yığmaları üz-üzə gələcəklər. Bu görüş daha əvvəl - saat 15:30-da start götürəcək.

C qrupunun oyunları avqustun 28-nə qədər Bakıda keçiriləcək. İlk turda Portuqaliyaya qalib gələn (3:1) Azərbaycan millisi 3 xalla qrup lideridir. Niderland və Belçikanın 2, Rumıniya ilə İspaniyanın 1 xalı var. Xalı olmayan Portuqaliya sonuncu - altıncı sıradadır.

Qeyd edək ki, reqlamentə əsasən, qruplarda ilk 4 yeri tutan komandalar Avropa çempionatının pley-off mərhələsinə vəsiqə qazanacaqlar.

Oxşar xəbərlər

Bakıda Belçika İspaniyanı, Niderland Rumıniyanı məğlub etdi - AVRO-2026
Bakıda Avropa çempionatının açılış mərasimi keçirildi
Milli komandamız Bakıda qələbə qazandı
Azərbaycanın millisi son oyuna çıxır
Voleybol milliləri növbəti matçlarına çıxacaq - Qızıl Avropa Liqası

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər